Ermənistan dövləti silahlı birləşmələr üzərində nəzarəti itirib
Fevralın 24-dən 25-nə keçən gecədən etibarən bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməyə cəhd edən Ermənistan silahlı birləşmələri beynəlxalq humanitar qanunları ayaq altına atdıqlarını bir daha nümayiş etdiriblər.
28 Fevral 2017 13:14 SiyasətBeynəlxalq birliyin neytral mövqeyi müharibəni qaçılmaz edir
Fevralın 24-dən 25-nə keçən gecədən etibarən bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətməyə cəhd edən Ermənistan silahlı birləşmələri beynəlxalq humanitar qanunları ayaq altına atdıqlarını bir daha nümayiş etdiriblər. Ermənistan tərəfi növbəti dəfə qeyri-insani simasını nümayiş etdirərək döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozub. Belə ki, Ermənistan silahlı irimiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun meyitlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12:00-da müvafiq tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə edilib. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb. Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib. Göründüyü kimi Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrə sayğısız yanaşdıqları kimi müharibə şəraitində də beynəlxalq humanitar hüququ ayaq altına atmaqdan çəkinmirlər. Düzdür, faşist xislətli ermənilərdən hansısa humanitar addım gözləmək sadəlövlük olardı. Biz ermənilərin vəhşiliyini münaqişənin ilk illərindən, Qaradağlıda, Xocalıda şahidi olmuşuq. Buna baxmayaraq, beynəlxalq humanitar hüquq adında hamı tərəfindən qəbul edilmiş bir sənəd var ki, beynəlxalq birlik həmin sənədə istinad edərək Ermənistana təzyiq edə bilər. Hüquqşünas Alim Hüseynli bildirib ki, beynəlxalq humanitar hüquq - silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. "Beynəlxalq humanitar hüquq" görkəmli alim Jan Pikte tərifindən beynəlxalq- hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründətətbiq edilən hüquq; müharibə hüququ; silahlı münaqişələr hüququ; müharibə qanun və adələtli və s. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, müəyyən normativ çərçivəyə salmağa çalışır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar: Mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür. İkincisi isə seçimsiz zorakılığın artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etməkdir. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır. Beynəlxalq humanitar hüquq, əsas etibarilə, müqaviləyə söykənir. Məhz beynəlxalq birlik sadalanan müddəalardan istifadə edərək Ermənistana qarşı sanksiya tətbiq edə bilər". Ancaq görüntü ondan ibarətdir ki, ermənilər cəbhə boyu heç bir qanun tanımır.Bu isə birbaşa onun göstəricisidir ki, artıq ayrı-ayrı silahlı birləşmələr tamamilə Ermənistan dövlətini nəzarətindən çıxıb. Yaranmış vəziyyət isə genişmiqyaslı müharibəni qaçılmaz edir. Millət vəkili, Milli Məclisin Müdafi, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Nəsirov deyib ki, beynəlxalq birlik Ermənistana işğalçı siyasətinə son verməsi ilə bağlı bu ölkəyə təzyiq etmək üçün lazımi qətiyyət və siyasi iradə ortaya qoymasa, o zaman hadisələr 2016-cı il aprel döyüşləri ssenarisində inkişaf edə bilər. Onun sözlərinə görə, hadisələr bu fonda inkişafı edərsə, heç kim təminat vermir ki, "aprel döyüşləri" daha ağır formada təkrarlanmayacaq: "Ümimiyyətlə, regionda irimiqyaslı müharibə başlaya bilər. Bunun dərk etmək üçünsə elə də xüsusi ağıl yiyəsi olmağa ehtiyac yoxdur". Son günlərdə baş verən vəziyyətə gəldikdə isə millət vəkili bildirib ki, Sərkisyan rejiminin niyyəti mövcud vəziyyəti maksimum qoruyub saxlamaqdır: "Yəni, status-kvonu davamlı etməkdir. Sərkisyan rejimi bu niyyətini həyata keçirmək üçün ənənəvi taktikadan istifadə edərək, təmas xəttində təxribatlar törədir. Biz bugünlərdə Sərkisyan rejiminin siyasi və hərbi yöndən təxribatının şahidi olduq".
E.Nəsirov əlavə edib ki, siyasi yönümlü təxribat dedikdə, burada söhbət işğal nəticəsində Azərbaycan torpaqlarında yaradılan separatçı rejimdə keçirilən "referendum" nəzərdə tutulur.
"Düzdür, beynəlxalq birlik nə bu rejimi, nə də onun keçirdiyi "referendumu" tanımır. Bu rejimi heç Ermənistanın özü də tanımaq iqtidarında deyil. Əslində, bu, İrəvanın danışıqlar prosesinə arxadan vurduğu zərbədir. Bununla İrəvan onsuz da münaqişəsinin nizamlanması ilə bağlı dalana dirənmiş danışıqlar prosesini məhvə aparır. Sərkisyan rejiminin ikinci təxribatı isə fevralın 24-dən 25-nə keçən gecə həyata keçirməyə çalışdı. Ermənistan bu təxribatı ilə bir neçə məqsədə nail olmaq istəyirdi. Birincisi, Xocalı soyqırımın 25 illiyi ərəfəsində beynəlxalq birliyin diqqətini maksimum bu faciədən yayındırmaqla, öz cinayətlərini ört-basdır etməyə çalışdı. Ona görə də belə bir avantüraya əl atdı. İkinci səbəbi Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Yəni, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və Sərkisyanın da vəziyət ürəkaçan deyil. Belə bir avantüraya əl atmaqla, Sərkisyan ölkə daxilindəki vəziyyətdən diqqəti yayındıraraq, onu cəbhə xəttinə yönəltmək istəyir. Ən nəhayət, Sərkisyan bu avantürası ilə status-kvonu qoruyub-saxlamağa, danışıqlar prosesini pozamağa çalışır. Niyyət budur ki, danışıqlar davam etsə də, bu danışıqların predmeti torpaqların azad olunması yox, atəşkəsin qorunub-saxlanması olsun". Beynəlxalq aləmin sərgilədiyi mövqeyə gəlincə, E. Nəsirov deyib ki, yenə də beynəlxalq birliyin susqunluğunun şahidi olduq: "ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri cəbhədəki durumla bağlı bəyanat versələr də, bununla onlar ancaq yaranmış vəziyyətlə əlaqədar narahatçılıqlarını ifadə ediblər. Bundan o yana getməyiblər. Biz bu bəyantda Ermənistana qarşı hər hansı kəsərli mövqeyin şahidi olmadıq. Biz artıq beynəlxalq təşkilatların belə mövqe sərgiləmələrinə öyrənmişik və bu, artıq reallıqdır. Beynəlxalq birlik Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün ortaya qətiyyətli və siyasi iradə qoymalıdır. Əgər beynəlxalq birlik belə bir mövqe sərgiləməsə, o zaman hadisələr 2016-cı ilin "aprel döyüşləri" ssenarisindən də pis formada inkişaf edə bilər. O zaman heç kim təmina verə bilməz ki, "aprel döyüşləri" daha ağır formada təkrarlanmayacaq. Ümimiyyətlə, regionda irimiqyaslı müharibə başlaya bilər. Bunu dərk etmək üçünsə elə də xüsusi ağıl yiyəsi olmağa ehtiyac yoxdur".
Nurlan