Bahçeli: "ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib"
"Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır". Bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib.
28 Fevral 2017 13:12 Siyasət"Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır". Bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Bahçeli deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, Türkiyənin də iştirak etdiyi ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib: "Artıq zaman daralır, səbr tükənir. Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin ürəyi Dağlıq Qarabağda döyünür. 25 il əvvəl Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31