Şəhidimizin cənazəsini gətirən polis hönkürdü - VİDEO

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 6 hərbi qulluqçumuzun şəhid olduğu haqda məlumatınız var.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 6 hərbi qulluqçumuzun şəhid olduğu haqda məlumatınız var. Həmin gecə şəhid olan hərbi qulluqçumuz - Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevin cənazəsi ailəsinə təhvil verilib. Şəhidimizin nəşinin ailəsinə təhvil verilmə anı isə hər kəsi göz yaşına boğub. Belə ki, şəhidimizin cənazəsini yaşadığı evin qapısına gətirən yol polisinin göz yaşı və ailə üzvlərinin harayı dəhşətli mənzərəyə səhnə olub.

Qeyd edək ki,  Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var.  Milli.az

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31