AMEA gənc mütəxəssisləri Ankarada

AMEA Botanika İnstitutunun doktorantı Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olublar. Akademiyadan “Olaylar” – a bildirilir ki, ezamiyyət Botanika İnstitutu və  Ankara Universitetinin  Torpaq və Bitki Qidalanma Departamenti, Tarla Bitkiləri Departamenti, Geoloji Mühəndislik Departamenti və Ankara Kənd Təsərrüfatı Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkil etdiyi “Tələbə tədqiqat proqramı” üzrə  həyata keçirilib.

AMEA Botanika İnstitutunun doktorantı Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olublar. Akademiyadan "Olaylar" - a bildirilir ki, ezamiyyət Botanika İnstitutu və  Ankara Universitetinin  Torpaq və Bitki Qidalanma Departamenti, Tarla Bitkiləri Departamenti, Geoloji Mühəndislik Departamenti və Ankara Kənd Təsərrüfatı Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkil etdiyi "Tələbə tədqiqat proqramı" üzrə  həyata keçirilib.

Gənc mütəxəssislər ezamiyyət dövründə Ankara Universitetinin uyğun laboratoriyalarında "Respublikanın yarımquraq zonasında yerləşən Kür-Araz ovalığının  azməhsuldar şorlaşmış  torpaqlarında ərzaq təminatının yüksəldilməsi" layihəsi çərçivəsində Kür-Araz ovalığının mərkəzi ərazisində aparılan tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində  yem bitkilərinin inkişafına abiotik stressin təsiri üzrə analizlər aparıblar. Təcrübə muddətində bitki və torpaq analizləri üzrə yeni  metodlar mənimsənilib, bəzi nümunələrin analizləri müştərək aparılıb.  
Qeyd edək ki, Botanika İnstitutu və Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31