Komitə sədri Bərdədə qəbul keçirəcək
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Komitədən “Olaylar”a verilən məlumata görə, 3 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Bərdə rayonunda saat 14:00-da Yeni Azərbaycan Partiyasının binasında vətəndaşların qəbulunu keçirəcək.
28 Fevral 2017 14:23 SosialAzərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Komitədən "Olaylar"a verilən məlumata görə, 3 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Bərdə rayonunda saat 14:00-da Yeni Azərbaycan Partiyasının binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Ağdam, Beyləqan, Bərdə rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Bərdə rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.