Bosniya və Hersoqovina Prezidenti: “Bakı platformu müsbət təşəbbüslərin irəli sürüldüyü məkandır”
“Böyük çətinliklərin olduğu bir dövrdə bizi sülhün, tərəqqi və ədalətin olduğu dünyaya bir addım daha yaxınlaşdıran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir”. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuiat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Mladen İvanıç martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumu ilə bağlı verdiyi açıqlama belə deyib.
28 Fevral 2017 14:17 Siyasət"Böyük çətinliklərin olduğu bir dövrdə bizi sülhün, tərəqqi və ədalətin olduğu dünyaya bir addım daha yaxınlaşdıran məsələlərlə bağlı fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir". Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuiat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Bosniya və Hersoqovina Rəyasət Heyətinin sədri Mladen İvanıç martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumu ilə bağlı verdiyi açıqlama belə deyib. O, bildirib ki, Bakı platformu bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir və ən önəmlisi müsbət təşəbbüslərin irəli sürüldüyü bir məkandır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük və müsbət təsirə malik mühüm bir Forumun əsasını qoyduğunu vurğulayan M.İvanıç əlavə edib ki, biz də öz növbəmizdə bütün səylərimizi bu potensialın reallaşması naminə səfərbər etməliyik: "Mən Nizami Gəncəvi irsinin tədqiqi üçün yaradılmış şərait və qlobal Bakı Forumuna öz töhfəmi verməyim üçün mənə verilmiş bu fürsətə görə qürur duyur və bununla fəxr edirəm" - deyə Prezident bildirib.