Kılıcdaroğlu: “Suriyalılara vətəndaşlıq verilməsi və Rakka üçün referenduma gedək”

“Suriyalılara vətəndaşlığın verilməsi və Rakka əməliyyatı üçün referendum keçirilsin”. Bu təkliflə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyasının qrup toplantısında deyib.

"Suriyalılara vətəndaşlığın verilməsi və Rakka əməliyyatı üçün referendum keçirilsin". Bu təkliflə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyasının qrup toplantısında deyib. "Ölkəmizdə neçə suriyalı var? Sayını kimsə bilmir. Əmin olun ki, 4 milyondan az deyil. Bizim gənclərimiz Suriyada Suriya üçün şəhid olurlar. Onların gəncləri Türkiyədədir. Bu, necə olur? Bizim gənclərimiz işsizdir, onların işi var. İndi deyirlər ki, suriyalılara vətəndaşlıq verəcəyik. Bunu hansı əsasla edəcəksən? Bu məsələnin həlli üçün referenduma gedək. Millətdən qorxmamaq lazımdır", - partiya sədri bildirib.

Kılıcdaroğlu Türkiyənin Rakka əməliyyatına qoşulması məsələsinin də referenduma çıxarılmalı olduğunu deyib. Publika.az "Hürriyyət" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31