İzmirdə Xocalı soyqırımı abidəsi ucaldılıb
Nəsimi rayon bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
28 Fevral 2017 16:48 SosialNəsimi rayon bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Anım tədbiri 2015-ci ildə İzmit şəhərinin Yenişəhər məhəlləsində parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə təşkil edilib. Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edənlər ermənilərin özlərinin uydurduqları qondarma erməni soyqırımı yalanlarını bütün dünyaya yayaraq Xocalı və digər faciələrdə Azərbaycanlılar və Türklərə qarşı insanlıqdan kənar cinayətlərini ört-basdır etdiklərini bildiriblər. Türkiyə və Azərbaycanın bütün maneələrə baxmayaraq, beynəlxalq platformlarda qondarma erməni soyqrımı yalanlarına qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Nəsimi rayon nümayəndə heyəti İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişdilər.Qonaqlar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında, Kocaeli Universitetində, Kocaeli Heydər Əliyev Kültür Mərkəzində, TADEF-da yeni yaradılmış Xocalı muzeyində keçirilən tədbirlərdə iştirak ediblər. Kocaeli Universitetində 600 nəfər müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən anım tədbirində erməni vəhşiliyi, erməni vandalizmi bir daha lənətlənib. Məlumatda o da bildirilib ki, İzmit bələdiyyəsi ilə Nəsimi rayon bələdiyyəsi arasında "Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında" niyyət protokolu imzalanıb.