"Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən “fəal” münaqişələrdən biridir"

Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən "fəal" münaqişələrdən biridir. Bunu "Yeni Rusiya" hərəkatının rəhbəri Nikita İsayev deyib.

Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında ən "fəal" münaqişələrdən biridir. Bunu "Yeni Rusiya" hərəkatının rəhbəri Nikita İsayev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin eskalasiyası təkcə tərəflər üçün yox, bütün region üçün təhlükəlidir. Ekspert qeyd edib ki, münaqişə gərgin mərhələyə keçərsə bu, regionda Ukrayna və Suriyadan sonra üçüncü qaynar nöqtə ola bilər. N.İsayevin sözlərinə görə, Rusiya münaqişənin həllinə daha fəal cəlb olunmalıdır: "Rusiya Ermənistan, Azərbaycan və ABŞ-ın iştirakı ilə dördtərəfli danışıqlar formatı yarada bilər. Bundan başqa, Rusiya Türkiyənin də prosesə cəlb olunmasının tərəfdarıdır, amma Ermənistan qətiyyətlə buna qarşı çıxır". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31