Bakıda dəhşətli qətldən YENİ MƏQAMLAR: qadının başına torba keçirib boğublar - VİDEO 

Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir. Milli.Az ARB TV-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31