Şəhid Tural Haşımlı böyük izdihamla qarşılandı - YENİLƏNİB - VİDEO

Naxçıvanda şəhid Tural Haşımlının cənazəsi böyük izdihamla qarşılandı.  Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Haşımlı Tural Əbdül oğlunun cənazəsi Naxçıvan Beynəlxalq Hava Limanında minlərlə insan tərəfindən qarşılanmışdır.

Naxçıvan əhalisi öz şəhidini böyük ehtiramla qarşılayıblar.

Hazırda 1000-ə yaxın avtomobil karvanının müşayiəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılır. Naxcivanxeberleri.com

Allah rəhmət etsin! Başın sağ olsun VƏTƏN!!! 

***

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna yola salınıb. Şəhid zabiti qarşılamaq üçün Naxçıvan Muxtar Respublikasında böyük izdiham yaşanıb.

Həmin görüntüləri aşağıda təqdim edirik. Qaynarinfo.az

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31