AMEA Naxçıvan Bölməsində açıq dərs

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib. Dərs AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Akademiyadan "Olaylar" - a bildirilib ki, bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun "Naxçıvan Muxtar Respublikasının faunası" mövzusunda apardığı dərsdə regionun təbiəti, heyvanlar aləmi barədə şagirdlərə ətraflı məlumat verilib. Açıq dərdə səhra və xınalı kəkliyi, leşyeyən qartal, ilancıl və dünyada ən kiçik quşlardan sayılan Kalibri quşu, o cümlədən uçan yarasa, ən mükəmməl məməli heyvanlardan biri olan canavarlar barəsində şagirdlərə məlumat verilib. Ötən il AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində yeni Bəbir ailəsi aşkar edilib. Şagirdlər videoslayt vastəsilə Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən dağlıq ərazilərdə quraşdırılan aparat vaistəsilə çəkilən bəbir, çöl pişiyi, bezuar keçisinin, dağ qoçlarının, cüyürün, oxlu kirpinin şəkilləri ilə tanış olublar.

Qeyd edək ki, açıq dərs muxtar respublikanın 218 ümumtəhsil məktəbində izlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31