Səudiyyə Ərəbistanı kralı İndoneziyaya 459 ton baqaj yükü ilə səfər edəcək
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud mart ayında İndoneziyaya səfər edəcək.
28 Fevral 2017 18:28 DünyaSəudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud mart ayında İndoneziyaya səfər edəcək. Kral səfərə 459 ton ağırlığında baqaj ilə çıxacaq.
Qəzet yazır ki, 63 tonluq baqaj Cakartaya çatdırılacaq, qalan 396 min ton isə Baliyə gedəcək. İndi kralın iki "Mercedes-Benz S600" avtomobili Bali adasında sahibini gözləyir. Baqaj yükünə həmçinin iki elektrik lifti də daxildir. Krala xidmət göstərməsi üçün Cakartada 178, Balidə isə 394 işçi ayrılacaq.
Qeyd edək ki, səfər martın 1-dən 9-dək olacaq. "Report" "Jakarta Post" qəzetinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31