540 nəfər könüllü olmaq üçün müraciət edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində reallaşdırılan üçüncü könüllülük proqramı başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, üçüncü könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 540 nəfər müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 250 nəfər müsahibəyə çağırılıb və 35 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 28 nəfər BŞTİ–nin müvafiq sektorlarında və 7 nəfər isə xidmət bölmələrində fəaliyyətə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində reallaşdırılan üçüncü könüllülük proqramı başa çatıb. "OLAYLAR"-ın xəbərinə görə, üçüncü könüllülük proqramı çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 540 nəfər müraciət edib. Onlardan müvafiq meyarlar əsasında 250 nəfər müsahibəyə çağırılıb və 35 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 28 nəfər BŞTİ-nin müvafiq sektorlarında və 7 nəfər isə xidmət bölmələrində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İntizamlı, xoşrəftar, kollektivdə çalışmağı, informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanırlar. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər.Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31