YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər. “OLAYLAR”-ın xəbərinə görə, bu sözləri YAP GB-nin sədri Seymur Orucov martın 1-də “Cocuq Mərcanlıdan-Şuşaya” layihəsinin təqdimatı ilə bağlı Birliyin ofisində təşkil olunan mətbuat konfransında deyib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər. "OLAYLAR"-ın xəbərinə görə, bu sözləri YAP GB-nin sədri Seymur Orucov martın 1-də "Cocuq Mərcanlıdan-Şuşaya" layihəsinin təqdimatı ilə bağlı Birliyin ofisində təşkil olunan mətbuat konfransında deyib. O, bildirib ki, layihə təşkilatın çoxsaylı üzvlərinin xahişi əsasında həyata keçirilir. Məqsəd YAP GB-nin üzvlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial obyektlərin, evlərin bərpasında iştirakının təmin olunmasıdır. Layihə çərçivəsində Birliyin üzvlərinin mart ayından etibarən Cocuq Mərcanlıya göndərilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31