“Söz adamı”.

Filologiya elmləri doktoru, tanınmış  tənqidçi Vaqif Yu­sif­li­nin “Akif ƏLİ. Söz adamı” adlı ye­ni ki­ta­bı respublikanın əmək­dar jur­na­listi, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, ya­zı­çı-pub­li­sist Akif Əlinin ya­ra­dı­cı­lı­ğı­na həsr edil­miş­dir. Mü­əl­lif  Azər­bay­can zi­ya­lısının keç­di­yi zən­gin ömür yo­lu­na nə­zər sa­laraq, onun çox­şaxəli elmi-ədəbi ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­ni təd­qiq etmiş və ümu­mən hə­ya­ta ba­xış­la­rın­da mü­şa­hi­də et­di­yi ori­ji­nal­lı­ğı ki­ta­bın əsas möv­zu­su­na çe­vi­rmişdir.

Akif ƏLİ haqqında yeni kitab

Filologiya elmləri doktoru, tanınmış  tənqidçi Vaqif Yu­sif­li­nin "Akif ƏLİ. Söz adamı" adlı ye­ni ki­ta­bı respublikanın əmək­dar jur­na­listi, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, ya­zı­çı-pub­li­sist Akif Əlinin ya­ra­dı­cı­lı­ğı­na həsr edil­miş­dir. Mü­əl­lif  Azər­bay­can zi­ya­lısının keç­di­yi zən­gin ömür yo­lu­na nə­zər sa­laraq, onun çox­şaxəli elmi-ədəbi ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­ni təd­qiq etmiş və ümu­mən hə­ya­ta ba­xış­la­rın­da mü­şa­hi­də et­di­yi ori­ji­nal­lı­ğı ki­ta­bın əsas möv­zu­su­na çe­vi­rmişdir.

Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açır, onun elmi-tədqiqat işi olan "Mirzə Ələkbər Sabirin satira sənətkarlığı" monoqrafiyasını  sabirşünaslıqda yeni bir söz kimi dəyərləndirir, Sabir satiralarının poetik xüsusiyyətlərinin elmi-nəzəri araşdırmalarına diqqəti yönəldir.

Akif Əlinin 1990-93-cü illərdə müstəqilliyimiz üçün ən ağır dönəmlərdəki qəzetçilik fəaliyyəti,  Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, ulu öndər Heydər Əliyevin xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu kimi titanik zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Xüsusən, Akif Əlinin zəngin illüstrasiyalı "Böyük ömrün anları" kitabından ətraflı bəhs edən müəllif Türk dünyasının iki dahi lideri Mustafa kamal Atatürkün və Heydər Əliyevin Vətən naminə göstərdikləri qəhrəmanlığı, səmərəli və mənalı həyat yolunu işıqlandıran bu dəyərli əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini  vurğulayır.

Akif Əlinin "Öncə -Vətəndir", "Qaragöz oyunu", "Vətən mücadiləsi" və "İdrak" kitablarında toplanan çoxsaylı publisistik yazıları, bədii hekayə və  esseləri, miniatür nəsr parçaları, aforizm və deyimləri ayrı-ayrı fəsillərdə geniş təhlilə cəlb olunur, onların həm ədəbi-bədii, həm ictimai mahiyyəti açıqlanır. Kitabın maraqla oxunan fəsillərindən biri də sərkərdə Babəkin mübarizəsinə həsr edilmiş və böyük Azərbaycan qəhrəmanının edam qabağı düşüncələrini əks etdirən "Azman" romanı haqqındadır. Tənqidçi bəşər tarixində misli görünməmiş qəddarlıqla edam edilsə belə, əyilməz ruhu sayəsində ölümsüzlük zirvəsinə ucalan Babəkin qəhrəman obrazını istedadla yaradan yazıçının bu əsərini nəsr sahəsində uğurlu bir addımı kimi qiymətləndirir.

Kitabının ikinci hissəsində tanınmış ziyalının müx­tə­lif mət­buat səhifələrində dərc olu­nan, in­ter­net sayt­la­rın­da ­yer alan çox­say­lı mü­sa­hi­bə­lərin­dən  seçmələr oxuculara təqdim olunur. Onun ilk gənclik illərində bir sıra filmlərdə yaratdığı maraqlı ekran obrazları xatırlanır, ra­dio­da, televiziyada hazırladığı populyar verilişlərdən, müəllif proqramlarından bəhs edilir,   pedaqogika, dövlət qulluğu sahələrindəki fəaliyyətinə nəzər salınır, eləcə də hə­ya­ta ba­xı­şları, dün­ya­gö­rü­şü, xa­rak­te­ri, in­san­la­ra, gö­zəl­li­yə, sə­nə­tə, yaradıcılığa mü­na­si­bə­ti dol­ğun­lu­ğu ilə can­lan­dı­rılır.

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin qələmə aldığı "Akif ƏLİ. Söz adamı" kitabı "Renessans-A" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilmişdir. Kitabın mətni çoxsaylı foto-şəkillərlə müşaiyət  olunur.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31