Tələbələr Misir Mədəniyyət Mərkəzində

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” fakültəsinin birinci kurs tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Mərkəzdən“Olaylar”– abildirlirki, tanışlıq məqsədi daşıyan görüşdə tələbələri salamlayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi onlara Mərkəz haqqında geniş məlumat verərək vurğuladı ki, “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 18 ildir Azərbaycanda fəaliyyət göstərən yeganə ərəb mədəniyyət mərkəzidi. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də nəinki mədəniyyət, eləcə də adından məlum olduğu kimi təhsil və elm sahəsində əməkdaşlıq həyata keçirilməsindən ibarətdi. Misir Mədəniyyət Mərkəzi Turizm və Menecment Universiteti ilə də sıx əməkdaşlıq edir. Bundan başqa Universitetin “Turizm və otelçilik” ixtisasının tələbələri üçün Misirdə istehsalat təcrübəsi həyata keçirilməsi üçün danışıqlar aparılır və yaxın zamanlarda bu barədə məlumat veriləcək ”.

Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm və otelçilik" fakültəsinin birinci kurs tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Mərkəzdən"Olaylar"- abildirlirki, tanışlıq məqsədi daşıyan görüşdə tələbələri salamlayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi onlara Mərkəz haqqında geniş məlumat verərək vurğuladı ki, "Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 18 ildir Azərbaycanda fəaliyyət göstərən yeganə ərəb mədəniyyət mərkəzidi. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də nəinki mədəniyyət, eləcə də adından məlum olduğu kimi təhsil və elm sahəsində əməkdaşlıq həyata keçirilməsindən ibarətdi. Misir Mədəniyyət Mərkəzi Turizm və Menecment Universiteti ilə də sıx əməkdaşlıq edir. Bundan başqa Universitetin "Turizm və otelçilik" ixtisasının tələbələri üçün Misirdə istehsalat təcrübəsi həyata keçirilməsi üçün danışıqlar aparılır və yaxın zamanlarda bu barədə məlumat veriləcək ".

Sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi turizm sahəsində geniş təcrübəyə malik Misirin turzim zonaları, orada fəaliyyət göstərən yüksək səviyyəli otellər barədə məlumat verdi.

Sonda Azərbaycan Turizm və Menecment Universiteti ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlığa əsasən mütəmadi şəkildə tələbələrin Mərkəzə ziyarəti həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31