“Könlümə düşmüsən”...

Mart ayının 8-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq. Teatrdan “Olaylar” – a bildirilir ki, hər il teatrın gənc və istedadlı aktyoru, teatrın Həmkarlar Komitəsinin sədri, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.

Mart ayının 8-də saat 15.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq qadınlar günü münasibətilə "Könlümə düşmüsən" adlı şou-proqram təqdim olunacaq. Teatrdan "Olaylar" - a bildirilir ki, hər il teatrın gənc və istedadlı aktyoru, teatrın Həmkarlar Komitəsinin sədri, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb.

9-cu ildir ki, 8 mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31