Ali Baş Komandamızın rəhbərliyi ilə ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək
«Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncamı Qarabağa böyük qayıdışın müjdəsidir». “OLAYLAR”-ın xəbərinə görə, bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov səsləndirib.
1 Mart 2017 15:01 Siyasət"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncamı Qarabağa böyük qayıdışın müjdəsidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov səsləndirib. O, bildirib ki, bu qərar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir: "Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ötən ilin aprel ayında düşmənə ağır zərbə vurdu, torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Ordumuzun qazandığı uğurlar bütün vətəndaşlarımızda, xüsusilə gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldib, könüllü hərbi xidmətə getmək istəyənlərin sayı artıb. Bu gün Azərbaycan gəncləri müraciətlərində hər an işğal altındakı torpaqlarımızın azad olunmasında Ali Baş Komandanın ətrafında sıx birləşməyə hazır olduqlarını bildirirlər. Biz inanırıq ki, Ali Baş Komandamızın rəhbərliyi ilə ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək və gənclərimiz Şuşaya qədər bütün ərazilərimizin bərpa olunmasında iştirak edəcəklər"