Akif Əlizadə Avropa Nüvə Tədqiqatları Təşkilatında

İsveçrədə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və institutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Anar Rüstəmov Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) olublar.

İsveçrədə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti - AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və institutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Anar Rüstəmov Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) olublar.

Səfər çərçivəsində akademik Akif Əlizadə CERN rəhbərliyi ilə görüşüb. Görüşdə nüvə fizikası və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məqsədilə müzakirələr aparılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə CERN-in fəxri qonaqları üçün nəzərdə tutulmuş kitaba öz ürək sözlərini yazıb.

Qeyd edək ki, Avropa Nüvə Tədqiqatları Təşkilatı dünyanın ən böyük yüksək enerji fizikası laboratoriyasıdı. Cenevrə şəhəri yaxınlığında yerləşən təşkilatın yaradılması haqqında razılıq 12 Avropa ölkəsinin iştirakı ilə 1953-cü ildə Parisdə imzalanıb və 29 sentyabr 1954-cü ildə öz işinə başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31