İsrail mətbuat Azərbaycandakı tolerantlıqdan yazdı 

İsrailin tanınmış və nüfuzlu “Jerusalem Post” nəşrində Amerika və İsrail ölkələri üzrə hüquq müdafiəçisi Nurit Qrinqerin “Tolerantlıq yurdu Azərbaycan” adlı məqaləsi dərc edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, məqalədə ölkəmizdəki tolerantlıq, dinlərarası münasibət və birgəyaşayış ənənələrindən bəhs edilib.

İsrailin tanınmış və nüfuzlu "Jerusalem Post" nəşrində Amerika və İsrail ölkələri üzrə hüquq müdafiəçisi Nurit Qrinqerin "Tolerantlıq yurdu Azərbaycan" adlı məqaləsi dərc edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, məqalədə ölkəmizdəki tolerantlıq, dinlərarası münasibət və birgəyaşayış ənənələrindən bəhs edilib. Müəllif Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Baş konsulluğunun təşkilatçılığı ilə Los Anceles, Kaliforniya, Simon Vizental Mərkəzi və Tolerantlıq muzeyində keçirilən dinlərarası tolerantlığın təşviqinə həsr olunmuş tədbirlərdən söz açaraq yazır ki, tolerantlıq ənənələrinin təşviqinə həsr edilmiş tədbirdə üç səmavi dinin nümayəndələri - Yepiskop Xuan Karlos Mendez, Ravvin Yonah Bukstayn və Mahomed Əkbər Xan mükafatlandırılıblar. Müəllif üç dini təmsil edən nümayəndələrin məhz bu tədbirdə mükafatlandırılmasını Azərbaycan tolerantlığının növbəti qələbəsi kimi qeyd edir. Məqaləsində erməni hərbi birləşmələri tərəfindən xalqımızın başına gətirilmiş dəhşətlərə də toxunan Nurit Qrinqer əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda üç səmavi dinə - İslam, İudaizm və Xristianlığa bərabər münasibət göstərildiyini və dini etiqad azadlığının ölkənin əsas təməlini təşkil etdiyini bildirib. Nurit Qrinqer sonda ölkəmizdə səfərdə olmamasına baxmayaraq, eşitdiklərindən birgəyaşayış məkanı və tolerantlığın prototipi olan Azərbaycan xalqının etnik azlıqlara qarşı vicdanlı münasibətinə görə ən yüksək qiymətə layiq olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31