Gündəm

Turizm və otelçilik ixtisasında təhsil alan tələbələr ustad dərsində

15 May 2017 15:31

Karyera, planlama və inkişaf mərkəzinin dəstəyi ilə New Baku otelində Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının baş müəllimi Nizami Əsədov başda olmaqla, Kulturologiya fakültəsinin Turizm və otelçilik ixtisasında təhsil alan III kurs tələbələri “Yeni turizm trendləri və Azərbaycanda turizmin inkişafı” mövzusunda ustad dərsində iştirak ediblər. Universitetdən “Olaylar” – a bildirlib ki, tədbiri giriş sözü ilə açan Nizami Əsədov tələbələrə otelin tarixi, fəaliyyəti, ölkə iqtisadiyyatının turizm sektorundakı rolu və otelin rəhbərliyi barədə geniş məlumat verib. Otelin direktoru Ceyhun Aşurova isə Azərbaycanda turizm səhəsinin inkişaf etdirilməsində dövlətin qarşısında duran prioritet vəzifələr və yeni turizm trendləri haqqında məlumatları tələbələr ilə bölüşüb, onları maraqlandıran sualları cavablandırıb.

Ali Riyaziyyat dərsliyi Moskvada nəşr olundu

15 May 2017 15:31

Bu günlərdə Moskva şəhərində OOO “Prondo” nəşriyyatında AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi–Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun, Nijnikov A.İ, Muxanova A.A, Muxanov S.A və AMEA RMİ "Qeyri-harmonik analiz" şöbəsinin aparıcı elmi işçisi, dosent Toğrul Muradovun müəllifliyi ilə “Ali riyaziyyat” beşcildliyin 5.1. cildi çapdan çıxıb.

İranın qeyri-müəyyən siyasəti

15 May 2017 15:29

Azərbaycanın cənub qonşusu sayılan İran İslam Respublikası hər zaman öz qeyri-müəyyən mövqeyi və siyasəti ilə seçilib. Üzdə və sözdə Azərbaycanla dərin bağlara, mehriban qonşuiuq əlaqələrinə malik olduğunu bildirsə də, əməldə heç də hər zaman bunu təsdiqləmir. Əksinə fürsət düşdükcə Azərbaycanın maraqlarına zidd addımlar atmaqdan çəkinmir.

Boşanmalar artır, evlənənlərin sayı azalır

15 May 2017 15:28

Azərbaycanın  ailə modeli millətimiz və xalqımızın əvəzssiz sərvətidir.  Dövlətlə ailə bir-birlərilə bağlı məsələ olduğundan öləmizdə güclü ailə siyasəti mövcuddur. Lakin buna baxmayaraq ölkədə qeydə alınan erkən nikahlar, boşanmalar, zorakılıq halları narahatçılıq yaratmaqdadır.

İş yerini itirənlər sığorta ödənişi alacaqlar

15 May 2017 15:27

zərbaycanda həyata keçirilən sosial siyasət özündə yenilikləri ehtiva etməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, dövlət hətta iş yerini itirmiş vətəndaşların taleyinə biganə qalmayaraq onların yenidən əmək bazarına qaytarılması barədə müxtəlif tədbirlər həyata keçirməkdədir. Beləliklə bundan sonra işdın çıxarılan şəxslər yeni iş tapana qədər sığorta haqqı ala biləcəklər.

IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb

15 May 2017 15:24

Bu gün Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ömər Dinaye iştirak ediblər.

Ermənistan danışıqlar prosesindən yayınmaq kursunu davam etdirir

15 May 2017 15:16

Cəbhədə erməni təxribatı hər ötən gün daha da artır və geniş miqyas alır. Əgər son 1-2 aya qədər ermənilər tərəfindən atəşkəs rejimi sutka ərzində 60-70 dəfə pozulurdusa, artıq bu hal daha intensiv xarakter alıb.

İslamiada qalibi: "İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq"

15 May 2017 15:07

Yarışlar güclü keçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər".

"Sevinirəm ki, medalsız qalmadım" - İlham Zəkiyev

15 May 2017 15:06

Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib. O bildirib ki, amma yenə də medalsız qalmadım: "Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə, görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".

Təhsil Nazirliyinin adından sui-istifadə edirlər - Xəbərdarlıq

15 May 2017 15:03

Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan şirkətlərlə bağlı vətəndaşlara xəbardarlıq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, son vaxtlar bəzi xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər: "Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir.

Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı

15 May 2017 15:02

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb. Təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.

ÜAK-ın ləğvi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir

15 May 2017 14:54

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə etdiyi müraciətə hüquqi qiymətin verilmsi məsələsi  yenidən gündəmə gəlib. Artıq sözügedən məsələ ölkə ictimaiyyətini ciddi narahat etməkdədir. Belə ki, özündə çoxsaylı soydaşlarımızı birləşdirən, illərlə iki ölkə və xalqlar arasında körpü rolunu oynayan icmanın sənədlərindəki adi texniki səhvə görə ləğv edilməsi doğrudan da düşünməyə əsas verir.

Elçin Hüseynbəyli yazır... Kitabları sevməyən toplum xoşbəxt ola bilməz...

15 May 2017 14:49

Ordan başlayım ki, dostlar, başıbəlalı mətbuatımız, yumşaq desək, işverənlikdə davam edir. Təbii ki, bu sözlər peşəkar, ədalətli və doğrudan da qərəzsiz mətbuata aid deyil...

Azərbaycan yenə tarix yazdı

15 May 2017 14:46

Mayın 12-də Azərbaycan daha bir tarix yazdı. Belə ki, hər kəsə bəlli olduğu kimi qeyd edilən tarixdə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi şəkildə açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də bir sıra müsəlman ölkələrinin rəsmiləri və idman federasiya rəhbərlərinin iştirak etdiyi açılış mərasimi öz möhtəşəmliyi, yada qalanlığı ilə seçildi.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək

15 May 2017 14:41

Artıq 3 gündür ki, IV İslam Həmrəyliyi Oyunlarına rəsmən start verilib. Mayın 12-də təntənəli şəkildə rəsmi açılış mərasimi keçirilən İslam Həmrəyliyi Oyunlarının dördüncüsünə Azərbaycan evsahibliyi etməklə bir daha adına növbəti aktivi yazmış oldu. Elə millət vəkili Fuad Muradov da bu qənaətdədir.