İslamiada qalibi: "İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq"

Yarışlar güclü keçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər".

Yarışlar güclü keçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər". Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo üzrə qızıl medal qazanmış Elçin Talıbov deyib.

O bildirib ki, ölkəmizin bayrağını yüksəltməyə çalışdıq: "İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq. Bir ailəyə iki medal apardıq. Qardaşım Natiq Talıbov da paralimpiyaçıdır. O da bürünc medal qazandı. Ailəmizin də sevincinin həddi-hüdudu yoxdur. İki qardaşın bir yarışda iştirak etməsi bizim ailəyə qismət oldu. Gələcəkdə keçiriləcək yarışlara da qatılacağıq və ölkəmizi layiqincə təmsil edəcəyik".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31