Gündəm

Çətənə və marixuana kolları aşkar edilib

15 May 2017 15:57

Sabirabad rayon sakinlərinin evlərindən marixuana və çətənə kolları aşkar edilərək götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Azadkənd kəndində yaşayan, əvvəllər məhkum olunmuş Hidayət Məmmədovun evinə baxış zamanı oradan 1 kiloqram 292,38 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azərbaycanda “İnsan hüquqları aylığı” keçiriləcək

15 May 2017 15:55

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Ombudsmanın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur.

Gömrükçülər 6400 ədəd siqaret aşkar ediblər

15 May 2017 15:55

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ -21074” markalı nəqliyyat vasitəsinə “Nayk” ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.

Azərbaycanda söz və fikir azadlığı üçün bütün şərait yaradılıb

15 May 2017 15:53

Etiraf edilməlidir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti istiqamətnidə xeyli addımlar atılıb. Məhz görülən əməli işlərin nəticəsidir ki, ölkədə söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunmaqdadır. İndiyə qədər bu sahələrin inkişafı ilə əlaqədar  ölkədə kifayət qədər işlər görülüb. Hazirda da bu sahələrin inkişafı istiqamətdə fəaliyyət davam etməkdədir.

Növbəti hərraca 88 əmlak çıxarılacaq

15 May 2017 15:51

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyun 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan   20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  Komitədən verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri  paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları  isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgəlrədə yerləşir.

Azərbaycanlı məktəbli şahmat üzrə dünya çempionatında gümüş medal qazanıb

15 May 2017 15:50

Ruminiyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. “OLAYLAR”-ın xəbərinə görə, 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında ikinci yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında üçüncü yeri tutaraq bürünc medal qazandılar. Hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.

Miqrasiya Xidməti səyyar qəbul təşkil edib

15 May 2017 15:48

Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. “OLAYLAR”-ın xəbərinə görə, səyyar xidmətin imkanlarından müraciət edən 52 şəxs istifadə edib. Onlardan 21 nəfərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti, həmçinin daimi yaşamaq üçün icazə vəsiqələri, 13 nəfərinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 6 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 2 şəxsdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənəd qəbul olunub.

Mədəsindən 25 büküm heroin çıxdı

15 May 2017 15:47

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.”Olaylar” Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə – heroin aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

4 aylıq  pərakəndə ticarət dövriyyəsi 10,2 milyard dollar təşkil edib

15 May 2017 15:46

2017-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7 faiz üstələyərək 10,2 milyard manata bərabər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Komitədən verilən məlumata  görə, ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 faiz və 2,7 faiz üstələyib.

Ayda ərzağa nə qədər pul xərcləyirik?

15 May 2017 15:45

Azərbaycanda bir insan ərzağa ayda 133 manat xərcləyir. Bu barədə  Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məılumata görə, 2017-ci ilin yanvar-aprel ayında Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları 130,3 manatlıq qeyri-ərzaq məhsulları  alınıb.

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

15 May 2017 15:43

“Elektron kənd təsərrüfatı” sisteminin proqram təminatı yaradılıb, kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar coğrafi informasiya sisteminə daxil edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən çəlumatda bildirilib ki, idarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” (İACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddətdə genişmiqyaslı işlər görülüb.

Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər istirahətə yola salınıb

15 May 2017 15:37

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il üçün də əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və bu təbəqədən olan 100 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

31 əməkdaşın andiçmə mərasimi keçirilib

15 May 2017 15:34

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 31 əməkdaşın andiçmə mərasimi keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Xidmət rəhbərliyi tərəfindən Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilmiş, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunub.

Məhəmməd ağa Şahtaxtlı irsinə dəyərli töhfə

15 May 2017 15:32

AMEA – nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiya işıq üzü görüb.