Azərbaycanlı məktəbli şahmat üzrə dünya çempionatında gümüş medal qazanıb

Ruminiyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. “OLAYLAR”-ın xəbərinə görə, 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında ikinci yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında üçüncü yeri tutaraq bürünc medal qazandılar. Hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.

Ruminiyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi "Təhsil" Respublika İdman Mərkəzinin komandası təmsil edib. "OLAYLAR"-ın xəbərinə görə, 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında ikinci yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında üçüncü yeri tutaraq bürünc medal qazandılar. Hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31