Rusiya Latviyanın diplomatik nümayəndəsinə etirazını bildirib-ÖZƏL
16:24 DünyaRusiya Xarici İşlər Nazirliyi Latviyanın müvəqqəti işlər vəkili Ramona Krasovskanı çağıraraq Riqadakı Rusiya səfirliyinin konsulluq şöbəsinin sosial təminat əməkdaşlarının işdən çıxarılması tələbinə etiraz edib. Olaylar.az xəbər verir ki, Nazirlik bildirib ki, bu tələb Latviyada yaşayan təxminən 6 min rusiyalı hərbi təqaüdçünün və onların ailə üzvlərinin sosial təminatını təhlükə altına qoyur. Moskva Latviyanın bu addımını 1994-cü il Rusiya-Latviya hökumətlərarası müqaviləsi üzrə öhdəliklərinə zidd hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31