Azərbaycanda söz və fikir azadlığı üçün bütün şərait yaradılıb
Etiraf edilməlidir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti istiqamətnidə xeyli addımlar atılıb. Məhz görülən əməli işlərin nəticəsidir ki, ölkədə söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunmaqdadır. İndiyə qədər bu sahələrin inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb. Hazirda da bu sahələrin inkişafı istiqamətdə fəaliyyət davam etməkdədir.
15 May 2017 15:53 SosialÖlkədə jurnalistlər hərtərəfli qayğı ilə əhatələnib
Etiraf edilməlidir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti istiqamətnidə xeyli addımlar atılıb. Məhz görülən əməli işlərin nəticəsidir ki, ölkədə söz, fikir və məlumat azadlığının mövcudluğu uzun illərdir ki, təmin olunmaqdadır. İndiyə qədər bu sahələrin inkişafı ilə əlaqədar ölkədə kifayət qədər işlər görülüb. Hazirda da bu sahələrin inkişafı istiqamətdə fəaliyyət davam etməkdədir. Sabahinfo.az saytının redaktoru Vasif Məhəmmədoğlu bildirib ki, Azərbəycan mətbuatının bugünki vəziyyəti qənaətbaxış olmasa belə pis də deyil. Problemlər hər zaman hər bir sahədə olub və olacaq da. Çünki, iş olan yerdə problemlər qaçılmazdır. Çox şükür ki, bu gün mətbuatımızda olan problemlər qlobal xarakter daşımır və zaman-zaman mövcud çatışmazlıqlar həllinin tapmaqdadır: "Ötən illərlə və ya belə deyək, ötən on illiklə müqaisə eləsək bu günki, mətbuatımız olduqca inkişaf edib. Çox şükürlər olsun ki, bu gün istər olkə rəhbərliyi, istər Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi fondu, istərsə də Mətbuat Şurası tərəfində kufayət qədər qayğı ilə əhatələnmişik. Bir çox müstəqil mətbuat orqanlarının ayaqda qalması üçün dövlət tərəfindən ayrılan yardımlar da təqdirə laiqdir". Onun sözlərinə görə, ölkədə hər bur sahədə aparılan təqdirəlaiq islahatlar mətbuata da yaxşı mənada təsirsiz ötüşməyib. Belə ki, əvvəllər müəyyən mövzu ilə bağlı rəy almaq, açıqlama istəmək, reportaj hazırlamaq üçün müəyyən problemlər yaradılırdısa cənab Prezidentin məlum çıxışından sonra bu problemlər demək olar ki, tamamilə aradan qalxb. Onun sözlərinə görə, mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır: "Bu prosesin daha da inkişaf etdirilməsi məqsədlə dövlət başçısı tərəfindən 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. Etitaf edilməlidir ki, sözügedən Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradır. Sirr deyil ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Elə bu amil nəzərə alınaraq sənəddə qeyd olunur ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir". Azərbaycan mətbuatında elektron medianın rolunu yüksək dəyərləndirən baş redaktor qeyd edib ki, müasir dünya virtual aləm vasitəsilə idarə olunur desək, yanılmarıq: "Müasir texnologiyaya söykənən informasiya mübarizəsi yaşadığımız əsri internet əsri adlandırmaq olar. Bu səbəbdən istər ölkədə, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları barədə dolğun məlumatlandırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası, nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. Həmin səbəbdən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıdır. Elektron mətbuat nüminələrimiz də məkrli yanaşmalara cavab olaraq Azərbaycanın əldə etdiyi uğurları obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır". O, qeyd edib ki, dövlət tərəfindən gündəlik çıxan qəzetlərə ildə iki dəfə maddi yardım göstərilir ki, bu da həmin mətbuat orqanlarının dövriyyəsinin artırılmasına və həmin mətbuat orqanlarında çalışan həmkarlarımızın sosial durumarının yüksəlməsinə xidmət edir: "Arzu edərdim ki, gələcəkdə elektron KİV-lərin də inkişafı üçün bu addımlar atılsın. Heç birimizə sirr deyil ki, bu günki elektron mətbuatımız yazılı-çap mətbuatımızı çox -çox üstələyib. Yazılı mətbuatımız elektron mətbuatımızdan çox geridə qalıb. Amma haradasa yazılı mətbuata, daha dəqiq desək, ciddi çap məhsuluna hər zaman ehtiyac duyuruq. Elektron mətbuat belədir ki, anında rəy və fikir bildirmək olur və bunu çox asanlıqla oxucuya çatdırırıq. Çap mətbuatımızda isə bu bir gün (gündəlik qəzetlərdə) sonra olur. Hazırda elektron mətbuatın hüquqi statusunun müəyyən edilməsilə bağlı işlər gedir. Əminəm ki, çox yaxın vaxtlarda bu problemlər də aradan qalxacaq". Vasif Məhəmmədoğlu hesab edir ki, internet mətbuatın ayrılmaz bir hissəsidir: "Qəzetlər bunu etiraf etməsə də, bu gun internet media qəzetlərə rəqibdir. Ölkədə bir neçəsini çıxmaq şərtilə qəzetlər satılmadığı üçün oxucuları da yoxdur. Amma yeni fəaliyyətə başlayan saytın oxuculari daha çox olur. Əlbəttə ki, bu sahədə tənzimləyici qanuna ehtiyac var. Bu o demek deyil ki, qanun internet mediasının fəaliyyətinə təsir etməli, onun inkişafını məhdudlaşdırmalıdır. Əksinə onlayn medianın inkişafına təkan verməklə yanaşı, orada əksini tapacaq məqamlar bu sahənin daha da təkminləşməsinə və inkişafına yardım etməlidir. Bir çoxları hesab edir ki, belə qanunun qəbulu internet medianın imkanlarını məhdudlaşdırır. Qanun qəbul olunmalıdır, amma bu sahədə fəaliyyət göstərənlərin fəaliyyətini məhdudlaşdırmadan. İnternet medianın əsas çətinlikləri ictimaiyyətə çatdırılacaq məlumatların geniş verilə bilməməsidir. Burada oxucu 500-1000 işarədən artıq yazını oxumur. Daha sonra informasiyanın dəqiqləşdirilməsində də çətinliklər olur. Bəzən də informasiya dəqiqləşdirilməmiş yerləşdirildikdə sonradan ciddi problemlər yaradır. Ölkədə bu sahə bazarının liberallaşmasına ehtiyac var". Onun sözlərinə görə, internet media sahəsində ciddi addımların atılmasına ehtiyac var: "Bu gün internet medianın hər hansı bir statusu yoxdur. Azərbaycanda hələ bilinmir ki, internet saytlarının mediyaya aidiyyatı var, yoxsa yox. İlk növbədə sözügedən sahədə bu məsələnin tənzimlənməsinə ehtiyac var. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, əksər hallarda bir çox saytlarda biabırçı materialların yerləşdirilməsini görürük. Məhz bu amilləri nəzərə alaraq hansısa formada internet mediaya nəzarəti həyata keçirmək mümkündür. Ancaq mən internet medianın əl-qolunun bağlanmasının da tərəfdarı deyiləm. İnternet saytlarına rəsmən elektron media statusunun verilməsi və internet medianın fəaliyyəti ilə bağlı parlamentdə qanun layihəsinin müzakirəyə çıxarılmasının tərəfdarıyam. Amma onu da vurğulamaq istəyirəm ki, bu gün ciddi saytlarımız mətbuatla bağlı qanunların tələblərindən kənara çıxmır. Hətta bəzən yazılı mətbuatdan daha çox online media qanuna əməl edir. Bir daha qeyd edirəm ki, söhbət ciddi internet saytı kimi qəbul olunan qurumlardan gedir. Bunların sayı isə barmaqla sayılan qədərdir. Qeyri-ciddi saytların sayı isə minlərlədir. Məhz bunu nəzərə alaraq hər hansı bir formada nəzarətin həyata keçirilməsinə ehtiyac var".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir