Məhəmməd ağa Şahtaxtlı irsinə dəyərli töhfə
AMEA – nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiya işıq üzü görüb.
15 May 2017 15:32 SosialAMEA - nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları "Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir" adlı monoqrafiya işıq üzü görüb.
Bölmədən "Olaylar" - a bildirilib ki, Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyada görkəmli maarifçi ədib və naşir Məhəmməd ağa Şahtaxtlının dilçilik irsi araşdırılır. Həmçinin əsərdə Məhəmməd ağa Şahtaxtlının ana dili məsələləri, o cümlədən əlifba, terminologiya, tərcümə, ana dilinin saflığı, dil tədrisi haqqında düşüncə və görüşləri o dövrün mətbuat orqanlarının materialları əsasında ətraflı şəkildə təhlil və tədqiq olunur.