Gündəm

Aygün Bayramova ərə gedəcəyi kişidən danışdı: "Ayıb olsun"

15 May 2017 16:25

Bunu açıqlamasında Xalq artisti, Opera və Balet Teatrının solistiAygün Bayramova gələcək həyat yoldaşı Fəraməz Gərmrudi ilə barəsində yazılanlara münasibətində deyib. Onun sözlərinə görə, məlumatlar sifarişlidir və onun kim tərəfindən yazdırıldığını da bilir: "O, şəxs mənə heç nə edə bilməyəcək. Belə bir el məsəli var: "İt hürər karvan keçər." İt hürdü, karvan da keçdi, qazancınız nə oldu? İki şəxs ailə qurur, nə demək istəyirsiniz? Mənim tərbiyəm, mədəniyyətim hər kəsə bəllidir. Ailə quracağım şəxs də tərbiyəsi və mədəniyyəti ilə seçilir."

Türkiyə alman millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb

15 May 2017 16:19

Türkiyə almaniyalı millət vəkillərini "İncirlik" hərbi bazasına buraxmayıb.  Türkiyə hakimiyyət orqanları səfər üçün “müvafiq şərtlərin” olmadığını əsas gətirib.

Coğrafiya İnstitutu: Azərbaycanda havanın temperaturu 0,3 - 1,4 dərəcə yüksəlib

15 May 2017 16:17

Azərbaycanda  havanın temperaturu 1961-1990-cı illərə nisbətən 1992-2014-cü illərdə 0,3 - 1,4 dərəcə arasında yüksəlib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, ən çox istiləşmə Böyük və  Kiçik Qafqazın dağətəyi və orta dağlıq hissələrində qeydə alınıb, müvafiq olaraq 0,9 – 1,1  və 1 - 1,4 dərəcə təşkil edib. Onun sözlərinə görə, ən az artım isə Naxçıvan Muxtar Respublikasında, Lənkəran - Astara bölgəsində 0,3-0,6 dərəcə qeydə alınıb.

Azərbaycanda vəba təhlükəsi varmı?

15 May 2017 16:15

Son günlər Yəmənin 14 vilayətində vəbaya yoluxma hallarının baş qaldırdığı haqda məlumatlar verilir. Yayılan xəbərlərə görə, artıq 8,5 mindən çox insan vəbaya yoluxub. Son həftə ərzində yoluxanların sayı 3 dəfəyə qədər artıb. Yəməndə vəba epidemiyası 115 nəfərin həyatına son qoyub.

Şefin qovulmasından sonra Rusiya şöbəsinin agentləri dərddən içməyə başladılar

15 May 2017 16:12

Ötən həftə ABŞ prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini qəfil işdən azad edəndən sonra FTB-nin Rusiya şöbəsinin əməkdaşları görüşərək içməyə, onları hansı aqibətin gözlədiyi barədə danışmağa başlayıblar. Virtualaz.org xəbər verir ki, bu barədə “The Daily Best” nəşrində dərc edilmiş məqalədə deyilir.

ABB Rusiya və Gürcüstandakı törəmələrinin taleyi haqda

15 May 2017 16:11

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası prosesi ABB-nin törəmə müəssisələri olan "ABB-Moskva" və "ABB-Gürcüstan"nın fəaliyyətinə aid olmayacaq.

Putin: “Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”

15 May 2017 16:09

“Suriyadakı kürdlərlə əməkdaşlığımızı davam etdirəcəyik”. Bunu Rusiya prezidenti Vladimir Putin mayın 15-də Çində keçirilən “Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ukraynada Donbas döyüşçüləri ilə dalaşan qrupa azərbaycanlı rəhbərlik edib?

15 May 2017 16:08

Ukraynanın Dnepr şəhərində 9 may münasibəti ilə keçirilən paradda baş vermiş kütləvi dava ilə əlaqədar saxlanılan 9 nəfər arasında əslən Azərbaycanın Cəbrayıl rayonundan olan Natiq Mustafayev adlı şəxs də var.

Ruhani Təbrizdə yeni sanksiyalardan danışdı

15 May 2017 16:07

İranda keçiriləcək prezident seçkilərində sərt siyasətin tərəfdarları qalib gəlsələr, onda ölkəmizə qarşı yenidən sanksiyalar tətbiq oluna bilər. İRNA xəbər verir ki, bu barədə Təbrizdə tərəfdarları qarşısında çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

Qızlar onları zorlamaq istəyən şəxsi ölümcül döydülər

15 May 2017 16:01

Tailandda çəkilən görüntülərdə sərxoş bir qıza təcavüz edən şəxs ölümcül döyülüb.  Təcavüzə məruz qalan qız və rəfiqələrinin təpik-yumruqla döydüyü şəxsi ətrafdakılar çətinliklə əllərindən alıblar.