Gündəm
Kamran Əliyev: “O maşınlar ölüm mənbəyidir” - TƏHLÜKƏ
Bəzi nəqliyyat vasitələri istismara tam yararsız olsa da, yol polisinin gözündən yayınan sürücülər onlardan istifadə edirlər. Bu avtomobillərin sürücüləri özləri ilə bərabər, digər nəqliyyat vasitələrinin hərəkətinə də ciddi təhlükə yaradırlar.
“Məhkəmənin siyasətbazların əlində alət olmasını istəməzdim” – Deputat
“Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar qəbul edilərsə, bu, ədalətsiz olar”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, ÜAK Rusiya Federasiyasının qanunları əsasında fəaliyyət göstərir, bu ölkənin daxili işlərinə qətiyyən müdaxilə etmir və Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişaf etdirilməsi yolunda çalışır. Deputat qeyd edib ki, belə mənfi təşəbbüslərin arxasında erməni diasporası və lobbisinin, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını istəməyən digər qüvvələrin dayandığı qənaətindədir: “Rusiya Ali Məhkəməsi ləğvetmə haqqında qərar qəbul edərsə, bu addım iki ölkə arasında humanitar və mədəniyyət sahələrində əlaqələrin üzərinə kölgə sala bilər. Ona görə də məhkəmənin siyasətbazların və ucuz siyasi maraqların əlində alət olmasını istəməzdim”.
Ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edəcək
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir.
Azadlıqdan məhrum edilmiş şəxslər də IV İslam Həmrəyliyi Oyunlarının açılışını izləyiblər
Azərbaycan və onun paytaxtı Bakının səbirsizliklə gözlədiyi anın - IV İslam Həmrəyliyi Oyunlarının açıllışının həyəcan və sevinci Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında da yaşanıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Təşkilat Komitəsi tərəfindən görülən işlər, Oyunların Proqramı, iştirakçı ölkələr, idmançılarımızın təmsil olunduqları idman növləri barədə müvafiq məlumatlarla tanış olmaq üçün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında xüsusi kontingentə lazımi şərait yaradılıb.
Aprel ayında 431 əcnəbi Azərbaycandan çıxarılıb
Aprel ayı ərzində 1547 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Almaniya XİN: Aİ-nin Hərbi Planlaşdırma Mərkəzinin yaradılması zaman məsələsidir
"Avropa İttifaqının (Aİ) Hərbi Panlaşdırma və Xarici Qeyri-Döyüş Əməliyyatlarının İdarəetmə Mərkəzinin yaradılması zaman məsələsidir, bunun alternativi yoxdur". Bunu AlmaniyaXarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Brüsseldə Aİ Şurasının xarici işlər üzrə iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Angela Merkel: "Almaniya qoşunlarını Türkiyənin "İncirlik" bazasından İordaniyaya apara bilər"
Almaniya Türkiyənin "İncirlik" hərbi bazasındakı qoşunlarının qonşu ölkələrə aparılması üzrə alternativlər axtarmaqda davam edəcək. Bu barədə Almaniya kansleri Angela Merkel bildirib. "Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - A.Merkel vurğulayıb.
Kəşfiyyatçı Vartanov: “Gəlin Azərbaycana qarşı İŞİD-lə müttəfiqlik edək”
Ermənistanın 90-cı illərin əvvəllərində Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya dəstəsinin komandiri Vova Vartanov Azərbaycana qarşı İŞİD terror qruplaşması ilə əməkdaşlığa çağırıb. Vartanov bildirib ki, “Azərbaycanın zəiflədilməsi və ləğvi üçün” İŞİD-lə əməkdaşlıq mümkündür.
DTX-da Eldar Mahmudovun "agentlərinin siyahısı" üzrə iş başlandı
Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb.
Rusiya XİN-in əməkdaşı arvadını və qızını öldürdü, sonra da intihar etdi
Moskvanın cənub-qərbində 44 yaşlı kişi arvadını və beşyaşlı qızını vurub, sonra da özünə qəsd edib. Faciə mayın 14-də, bazar günü gecəyarısı Lenin prospektindəki evlərdən birinin mənzilində baş verib.
İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq
Azərbaycanda hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklər də hazırlanacaq. Təhsil Nazirliyindən verilən xəbərə görə, artıq keyfiyyətli dərsliklərin yaradılması istiqamətində yeni və mühüm mərhələ başlayır. Dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.
Mübariz Əhmədoğlu: “ATƏT-in İrəvan ofisinin bağlanması narahatlıq yaradıb”
ATƏT-in İrəvan ofisinin bağlanması Ermənistanda və ermənipərəst qüvvələrdə müəyyən narahatlıq yaradıb. Amma ATƏT-in İrəvan ofisinin bağlanması birdən-birə baş verməyib. ATƏT bütün strukturları ilə Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana yardımçı mövqedə idi.
Rusiyanın Qarabağ planı puç ola bilər – Rusiyalı politoloq
Hazırda KİV-lərdə ən çox müzakirə olunan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin “Lavrov planı” üzrə həllidir. Bu plan Azərbaycan və Türkiyə tərəfindən blokadanın götürülməsi və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müqabilində işğal altında olan 5 rayonun Azərbaycana geri qaytarılmasını nəzərdə tutur. Necə düşünürsünüz, sözügedən həll üsulu nə qədər realdır?
ŞAD XƏBƏR- İstanbula qatarla getmək mümkün olacaq
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib.
Ərinə xəyanət edən qadın… 2 il ölü yumağa məhkum edildi – ŞOK QƏRAR
Tehran məhkəməsinin ərinə xəyanətdə günahlandırılan bir evdar qadına çıxardığı hökm, İran mediasında geniş rezonans doğurub. Tehran məhkəməsi 5 yaşında bir oğlan uşağı anası olan 35 yaşlı Mina adlı qadını ərinə xəyanətdə günahlandıraraq onu 74 şallaq zərbəsinə, eləcə də 2 il mürdəşirxanada işləməyə məhkum edib. Üç ay əvvəl ərinin şikayətinə əsasən həbs edilən Mina, əvvəlcə ona qarşı irəli sürülən ittihamı rədd etsə də, sonradan mobil telefonundan götürülmüş şəkillər və sevgi mesajları dəlil-sübut kimi ona göstərildikdən sonra şoka düşərək öz günahını boynuna alıb.














