“Məhkəmənin siyasətbazların əlində alət olmasını istəməzdim” – Deputat
“Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar qəbul edilərsə, bu, ədalətsiz olar”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, ÜAK Rusiya Federasiyasının qanunları əsasında fəaliyyət göstərir, bu ölkənin daxili işlərinə qətiyyən müdaxilə etmir və Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişaf etdirilməsi yolunda çalışır. Deputat qeyd edib ki, belə mənfi təşəbbüslərin arxasında erməni diasporası və lobbisinin, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını istəməyən digər qüvvələrin dayandığı qənaətindədir: “Rusiya Ali Məhkəməsi ləğvetmə haqqında qərar qəbul edərsə, bu addım iki ölkə arasında humanitar və mədəniyyət sahələrində əlaqələrin üzərinə kölgə sala bilər. Ona görə də məhkəmənin siyasətbazların və ucuz siyasi maraqların əlində alət olmasını istəməzdim”.
15 May 2017 16:53 Sosial"Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar qəbul edilərsə, bu, ədalətsiz olar". Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, ÜAK Rusiya Federasiyasının qanunları əsasında fəaliyyət göstərir, bu ölkənin daxili işlərinə qətiyyən müdaxilə etmir və Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişaf etdirilməsi yolunda çalışır. Deputat qeyd edib ki, belə mənfi təşəbbüslərin arxasında erməni diasporası və lobbisinin, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını istəməyən digər qüvvələrin dayandığı qənaətindədir: "Rusiya Ali Məhkəməsi ləğvetmə haqqında qərar qəbul edərsə, bu addım iki ölkə arasında humanitar və mədəniyyət sahələrində əlaqələrin üzərinə kölgə sala bilər. Ona görə də məhkəmənin siyasətbazların və ucuz siyasi maraqların əlində alət olmasını istəməzdim".
M. Qasımlı hesab edir ki, təşkilatın ləğv edilməsinə dair qərar qəbul olunarsa, bu, Rusiyanın da maraqlarına uyğun olmaz: "Çünki ölkəmizdə Azərbaycan vətəndaşları olan rus icmasının da cəmiyyətləri var. Onların normal fəaliyyəti üçün dövlətimiz bütün şəraiti yaradıb. Hesab edirəm ki, məhkəmə ədalətin tərəfində olacaq və ləğvetmə haqqında qərar qəbul etməyəcək". Azadinform.az