Kəşfiyyatçı Vartanov: “Gəlin Azərbaycana qarşı İŞİD-lə müttəfiqlik edək”
Ermənistanın 90-cı illərin əvvəllərində Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya dəstəsinin komandiri Vova Vartanov Azərbaycana qarşı İŞİD terror qruplaşması ilə əməkdaşlığa çağırıb. Vartanov bildirib ki, “Azərbaycanın zəiflədilməsi və ləğvi üçün” İŞİD-lə əməkdaşlıq mümkündür.
15 May 2017 16:43 DünyaErmənistanın 90-cı illərin əvvəllərində Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya dəstəsinin komandiri Vova Vartanov Azərbaycana qarşı İŞİD terror qruplaşması ilə əməkdaşlığa çağırıb. Vartanov bildirib ki, "Azərbaycanın zəiflədilməsi və ləğvi üçün" İŞİD-lə əməkdaşlıq mümkündür.
"Rusiya əlbətdə ki, saxta tərəfdaş deyil. Lakin nəzərə alanda ki, o, Azərbaycanın da müttəfiqidir, sonda iki stulda eyni vaxtda oturmağa çalışacaq və bərabərlik işarəsi qoyacaq. Lakin Rusiya Azərbaycana qarşı müttəfiq olmasa da ən azından Türkiyədən qorunmaq üçün lazımdır. İŞİD-ə gəldikdə isə əlbətdə, biz onunla kağız üzərində müttəfiqlik müqaviləsi bağlamalı deyilik, ancaq bu təşkilat bizim üçün yaxşı şeylər edə bilər"-Vartanov deyib.
Qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı terror taktikasından geniş istifadə etdiyi məlumdur. Və indi kəşfiyyatçı Vartanov bu məsələdə daha da irəli gedib dünyanın ən qəddar terror qruplaşması ilə müttəfiqliyə çağırır. Virtualaz.org