Ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edəcək

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir. Bunu Trend-ə "InfraNews" tədqiqat mərkəzinin baş direktoru, nəqliyyat sahəsində ekspert Aleksey Bezborodov deyib. Ekspertin sözlərinə görə, layihənin reallaşdırılması sərhədyanı ticarətin artımına gətirib çıxaracaq ki, bu da lokal tranziti genişləndirəcək. O qeyd edib ki, layihənin icra olunmasından sonra qida, ağac emalı və digər məhsulların istehsalı genişlənə bilər. Bunun əsasında layihənin iştirakçısı olan ölkələr öz iqtisadiyyatlarını artıra bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31