Ermənistan ordusu revanşist və münaqişəyönümlü ideologiya ilə formalaşdırılır-Özəl

"Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin 2026-2031-ci illər üçün fəaliyyət proqramını təqdim edərkən yeni dövlət proqramında artıq "Qarabağ hərəkatı" və onun ideologiyasının yer almadığını, "Real Ermənistan" konsepsiyasına keçildiyini bildirmişdi. Amma Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinə qarşı Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının təşkil etdikləri kampaniyalar eləcə də ordudakı təyinatlar başqa reallıqdan xəbər verirdi. Yəni,  Ermənistan reallığı ilə Paşinyanın "Real Ermənistanı" arasında kəskin fərq açıq-aydın ortadadır. Bu təyinatlardan biri də oktyabrın 19-da oldu. Xankəndindəki keçmiş hərbi xuntanın sonuncu "təhsil naziri" Norayr Mkrtçyanın Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: " O, "təhsil naziri" təyin olunmazdan əvvəl isə qondarma qurumun "Müdafiə Ordusu" komandanının mənəvi-psixoloji işlər üzrə müavini işləmişdi. Mkrtçyandan öncə isə, yəni bu il avqustun 31-də Qarabağda diviziya komandirinin müavini qismində Azərbaycana qarşı vuruşan Samvel Qriqoryan 3-cü Ordu Korpusunun komandiri vəzifəsinə gətirildi. 
Əgər nəzərə alsaq ki,  Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Edvard Asrtanın da "şanlı" Qarabağ keçmişi var onda orada ordunun məhz  revanşist və münaqişəyönümlü ideologiya ilə formalaşdırıldığı göz önündədir. Eyni zamanda bu bizə  Qarabağ mirasının Ermənistanın dövlət institutlarına inteqrasiyası olduğunu deməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31