Gündəm

İmtahan nəticələri bu tarixdə açıqlanacaq

15 May 2017 17:51

Bakı şəhəri üzrə əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün mayın 11-də keçirilən eksternat imtahanlarda məqbul qiymət almış şəxlərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək.

Fransanın yeni baş naziri məlum oldu

15 May 2017 17:49

Fransa prezidenti Emmanгel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb. Mayın 14-dən  vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn cüdoçulara medalları təqdim edib

15 May 2017 17:43

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılardan ibarət cüdo komandalarının yarışında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qalib komandalara medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. Komanda yarışında Azərbaycan yığması finalda əlcəzairli rəqiblərinə qalib gəliblər. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edildi

15 May 2017 17:22

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.

Oğurluğun üstü 6 aydan sonra açıldı

15 May 2017 17:20

Binəqədi rayonu ərazisindəki evlərə qənim kəsilən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 26-da rayon ərazisindəki evlərdən birindən 2000 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Nurani Şükürzadə tutulub. 

16 yaşlı Beyləqan sakini özünü güllələyib

15 May 2017 17:19

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. DİN-dən verilən məlumata görə, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "İJ" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

MMC-dən 74 ədəd dəmir dirək oğurlayan saxlanıb

15 May 2017 17:18

Lənkaranda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 12-də şəhər ərazisindəki MMC-lərdən birindən 74 ədəd dəmir dirək oğurlamaqda şübhəli bilinən Girdəni kənd sakini Samir Şəfiyev tutulub.Araşdırma aparılır. 

Liman rəhbərləri Azərbaycanda toplaşacaq

15 May 2017 17:14

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin nümayəndə heyəti 90-a yaxın ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) İndoneziyanın Bali şəhərində keçirilən illik konfransında iştirak edib.

Azərbaycan Qazaxıstanda hərbi oyunlarda iştirak edəcək

15 May 2017 17:08

Azərbaycan Qazaxıstanda keçiriləcək III Beynəlxalq ordu oyunları – 2017-də iştirak edəcək. KazTAQ xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Poroşenkonun oğlu “Russia” yazılmış köynək geyindi

15 May 2017 17:07

Ukrayna prezidenti Pyotr Poroşenkonun İngiltərədə təhsil alan oğlunun geyindiyi futbolka qalmaqala səbəb olub. Lent.az xəbər verir ki, 15 yaşlı Mişa Poroşenkonun üzərində “Russia” yazılmış köynəklə çəkdirdiyi foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb.

Cəlilabad sakinindən tapança götürülüb

15 May 2017 17:05

Cəlilabad sakinindən revolver tipli tapança aşkar edilərək götürülüb. BİN-dən verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Yaqut Hüseynovanın evinə baxış zamanı "PC-22K" markalı revolver tipli tapança aşkar edilərək götürülüb.

İqtisadiyyata yatırlıan sərmayənin həcmi azalıb

15 May 2017 17:04

2017-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatına bütün maliyyə mənbələrindən  4,5 milyard manatlıq investisiya yönəldilib. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə əsas kapitala yönələn vəsaitlərin həcmi 3,5 faiz azalıb. Vəsaitin 2,9 milyard manatı neft sektoruna, 1,5 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.  Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz təşkil edib.

Biləsuvarda sahibkarlar üçün treninq keçirilib

15 May 2017 17:02

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən "Biləsuvar Aqro" MMC-də sahibkarlar üçün treninq keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və tətbiq edilən güzəştlər, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumatlandırılıb. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Milli QHT Forumunun (MQF) Qadın Klubunun

15 May 2017 17:01

Şəki şəhərində nümayəndəliyi açılmışdır. Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə 13 may 2017-ci il tarixində Şəki şəhərində MQF Qadın Klubunun nümayəndəliyinin təsis iclası keçirilmişdir.