Ararat Mirzoyan TRIPP layihəsinin vətəndaşların həyatını asanlaşdıracağını bildirib – ÖZƏL
13:10 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentin Xarici əlaqələr komissiyasının iclasında TRIPP ("Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu") layihəsinin vətəndaşların həyatını yaxşılaşdırmaq və asanlaşdırmaq məqsədi daşıdığını bəyan edib.
Nazir vurğulayıb ki, bu layihə sayəsində yalnız Azərbaycanla deyil, həm də Gürcüstan və İranla sərhədlərin keçilməsi sadələşəcək. Mirzoyan Türkiyə ilə sərhədin də açılacağına ümid etdiyini bildirərək, TRIPP-in gələcəkdə sahibkarların və vətəndaşların işini daha da rahatlaşdıracağını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31