Gündəm
Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəldi
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində 1/4 final mərhələsinə start verilib. Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb.
Əgər uşağınız yatan zaman xoruldayırsa, deməli...
Uşaq xorultusu yetkin adamlardakından daha çox diqqətə alınmalı, buna qətiyyən laqeyd yanaşılmamalıdır. Mütəmadi xorultu uşaqlarda ciddi xəstəliyin xəbərçisi ola bilər. Mütəmadi xorultu dedikdə həftədə 4 gecə davamlı yaranan xorultu nəzərdə tutulur. İstər uşaqlarda, istərsə də böyüklərdə ara-sıra xorultu xəstəlik əlaməti deyil, yorğunluq, yuxusuzluq, çox yemək və düzgün olmayan yatış tərzindən yarana bilər.
Azərbaycanda "təhsil alan" həkimin qurbanı olan qızdan xəbər var
Ötən həftə Türkiyənin Adana bölgəsində özünü həkim kimi tanıdan saç ustasının qurbanı olan Merve Keleş adlı qadın yaxşılaşmağa başlayıb.
Ruhaninin əsas rəqiblərindən biri namizədliyini geri götürdü
Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən olan İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizəd, Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf mühafizəkar cəbhədən olan digər namizəd İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb.
Britaniyalı turist: "İdman yarışlarını canlı izləmək çox maraqlıdır"
"İdman yarışlarını canlı izləmək çox maraqlıdır". Bunu Londondan İslam Həmrəyliyi Oyunlarını izləməyə gəlmiş turist Hafiz Bəşir deyib. O bildirib ki, Azərbaycana dünən axşam gəlib və ilk olaraq idman gimnastikası üzrə yarışları izləyib: "Mənim çox xoşuma gəldi. Azərbaycanda olduğum üçün azərbaycanlı gimnastlara azarkeşlik edirəm".
Ermənistanda hakim həbs olunub
Ermənistanda rüşvət almaqda şübhəli bilinən hakim həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir ki, Vayotsdzor və Ararat vilayət məhkəmələrinin hakimi Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub.
Azay Quliyev: "İrqçiliyi, antisemitizmi təşviq edən partiyalara sanksiyalar tətbiq olunmalıdır"
ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev mayın 15-də Almaniya Bundestaqında “Parlamentarilər antisemitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçirilən müzakirələrdə məruzə ilə çıxış edib.
Türkiyənin bu silahı Yunanıstanı ŞOKA SALDI - VİDEO
Türkiyənin Sinopda həyata keçirdiyi uzun mənzilli BORA raket sınaqları Yunanıstanda ciddi narahatlıq yaradıb. Yunanıstan mediası Türkiyənin BORA ballistik raketi ilə paytaxt Afinanı vura biləcəyini iddia edib.
Özbəkistanlı gimnast: Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək xoşdur
Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək çox xoşdur. Bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarında çıxış edən özbəkistanlı gimnast Oksana Çusovitina deyib. Dayaqla tullanma yarışlarında qızıl medal qazanmış gimnast öz çıxışından çox razı qaldığını deyib. O.Çusovitina qeyd edib ki, o, Bakıya üçüncü dəfədir ki, gəlir. “Özümü burada evdəki kimi hiss edirəm. Çünki insanlar burada inanılmaz dərəcədə mehriban və xeyirxahdırlar. Bu, əhval-ruhiyyəni yüksəldir”.
Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı
Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb. İdmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub. Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.
Xətaidə çayxana yanıb
Paytaxt Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m2 olan çay evinin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olundu
Ermənistanda əsgər yoldaşını qətlə yetirən hərbçi saxlanılıb. Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir ki, 1997-ci il təvəllüdlü Arman Akopyan kiçik çavuş Qaqik Mesropyanı qətlə yetirməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Əli İnsanov apellyasiya şikayəti verdi
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Qaradağ rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmündən apellyasiya şikayəti verib. Bu barədə açıqlamasında Ə.İnsanovun vəkili Toğrul Babayev bildirib. Vəkil qeyd edib ki, şikayət artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Apellyasiya şikayətində hökmün ləğv edilməsi və Ə.İnsanova bəraət verilməsi istənilib.
Məscidə hücum: ölənlər var - Nigeriyada
Nigeriyanın mərkəzində Bala Elkana ştatında məscidə hücum baş verib. Hücum nəticəsində 20 fermer həlak olub. Məlumatda qeyd olunur ki, insident qəbilələrarası münaqişə ilə əlaqədar baş verib. Silahlı hücum dini mərasim zamanı qeyd alınıb.
İntihar edən 25 yaşlı qızın məktubu kimə yazdığı ORTAYA ÇIXDI - VİDEO
İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi universitetinin məzunu Gizem Zülal Kaynarın otağında intihar etdiyi və canına qəsdən öncə ailəsinə xitab edilmiş məktubunun tapıldığı haqda məlumat vermişdik.














