Zəngilan azad edilərkən, guya din təəssübü çəkən rejimin riyakarlığı üzə çıxdı-Özəl
12:32 Siyasət"Zəngilanın azad edilməsi ilə İranla dövlət sərhədimizin daha 132 kilometri düşməndən təmizlənərək tam bərpa olundu. Bu, Ermənistan ordusunun cənub qruplaşmasının iflici, eləcə də Şuşa ilə Laçına strateji yolların açılması demək idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Zəngilan azad edilərkən, sözdə guya din təəssübü çəkən rejimin riyakarlığı tam çılpaqlığı ilə üzə çıxdı. Onlar işğalçıya dəstək və Azərbaycan ordusunun qarşısını kəsmək üçün Zəngilana öz hərbi qüvvələrini də yeritmişdilər. Özü də bilə-bilə ki, o dəstək verdikləri orada 5 məscidi və 4 ziyarətgahı darmadağın ediblər. Hər halda, neçə illər haylara pul ödəyərək qoyun sürülərini həmin o Zəngilanın örüşlərində otarmağa gətirəndə hər şeyi öz gözləri ilə görmüşdülər, kor deyildilər.
Əgər din "təəssübkeşləri", məzhəb alverçiləri ordumuzun önünü kəsməyə çalışmasaydılar, bəlkə də Zəngilanın azad olunmasında 300-dən çox yox, daha az şəhid verəcəkdik. Amma haylar kimi onlar da ordumuzun və Sərhəd Qoşunlarının xüsusi təyinatlılarının qarşısında tab gətirmədilər, Arazı keçərək rədd olub getdilər.
Düz 6 974 hərbi qulluqçumuz "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. Təltif olunanların arasında o 300-dən çox şəhidimiz də var ki, hamısını böyük minnətdarlıqla anır, digər medal alanlara isə "Aldığınız da, yediyiniz də, içdiyiniz də halaldır!" deyirəm. Tanrı Azərbaycanı qorusun!"