Ermənistanda hakim həbs olunub
Ermənistanda rüşvət almaqda şübhəli bilinən hakim həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir ki, Vayotsdzor və Ararat vilayət məhkəmələrinin hakimi Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub.
15 May 2017 18:30 DünyaErmənistanda rüşvət almaqda şübhəli bilinən hakim həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir ki, Vayotsdzor və Ararat vilayət məhkəmələrinin hakimi Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub. Faktla bağlı cinayət işi başlanıb. İstintaq materiallarına əsasən, hakim cərimə hökmü çıxarmaq üçün təqsirləndirilən şəxsdən 600 dollar tələb edib. Rüşvət hakimə Vedi şəhərindəki məhkəmə binasında verilib. APA-nın "news.am"a istinadən xəbər verir.