Mirzoyan TRIPP layihəsi çərçivəsində alt-struktur xətlərinin çəkiliş yerlərini açıqlayıb – ÖZƏL
12:31 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi üzrə demiryolundan başqa digər infrastrukturların hardan keçəcəyi məsələsinə aydınlıq gətirib. O bildirib ki, Meğri hissəsində Araz çayı ilə qayalıqlar arasında yer dar olduğundan qaz və ya neft kəmərlərinin dəmir yolu boyunca çəkilməsi real görünmür, oradan yalnız dəmir yolu və elektrik şəbəkələri keçə bilər. Nazir bu səbəbdən neft kəmərinin Ermənistanın şimalından və ya başqa ərazilərdən keçə biləcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin nəzarəti altında Sünikdən keçməsi və Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin etməsi nəzərdə tutulan bu strateji tranzit koridoru üzrə çərçivə sazişi iyunda Ermənistan və ABŞ arasında imzalanıb.