Gündəm

Qidalanmada etdiyimiz 5 ƏN CİDDİ SƏHV

15 May 2017 20:03

Elmi araşdırmalar sübut edir ki, düzgün olmayan qidalanma bir çox xəstəliklərin əsas səbəblərindən biridir. Sağlam və tam dəyərli qidalanma insanı xəstəliklərdən qoruyur, ömrünü uzadır.

“Apple” smartfonları elektron SİM kartlarla təchiz ediləcək

15 May 2017 19:50

Elektron SİM kartların “iPad” və bir sıra “Əşyalar interneti” qurğularında istifadə olunmasına baxmayaraq “iPhone” smartfonları indiyədək onlarla təchiz edilməyib. “IHS” analitik şirkəti isə 2019-cu ilədək “Apple” smartfon modellərində “e-SIM”-lərin quraşdırılacağını açıqlayıb.

Köhnə televizorlarda “YouTube”un dəstəklənməsi dayandırılacaq

15 May 2017 19:45

İyunun 30-dan etibarən 2012-ci ildə buraxılan və ya daha əvvəl istehsal olunan televizorlarda “YouTube” əlavəsinin dəstəklənməsi dayandırılacaq. Bu barədə “YouTube” servisinin texniki dəstək saytında dərc edilən məlumatda deyilir.

Demə, ağıllı kişilərin uşaqları xəstə olur – ELMİ ARAŞDIRMA

15 May 2017 19:40

Ağıllı, İQ göstəricisi yüksək olan kişilərin uşaqları xəstə doğulurmuş. San Fransiskoda keçirilən Autizm üzrə tədqiqatçıların beynəlxalq görüşündə bu barədə məlumat verilib.

"Kardeşim benim 2" təxirə salındı? - Murad və Aslıya görə

15 May 2017 19:36

Müğənni Murad Boz jurnalistlərin suallarını cavablandırıb. O, yay planlarından danışıb: "Yayda filmə çəkiləcəyəm. "Kardeşim benim 2"dən sonra istirahət edəcəyəm". O, filmdə yeni ayrıldığı sevgilisi Aslı Enverin olub-olmayacağı barədə suallara belə cavab verib: "Onu bilmirəm, filmin prodüserindən soruşun". Şayiələrə görə, Aslı "Murad varsa, mən yoxam" dedikdən sonra filmin çəkilişləri təxirə salınmışdı.

“Windows 10 Mobile” üçün “Fluent Design System” sistemi hazırlanır

15 May 2017 19:31

“Microsoft” korporasiyası “Build 2017” konfransında “Fluent Design System” sisteminin dizaynını nümayiş etdirərək yeniliyin tədricən tətbiq ediləcəyini və onun ilk elementlərinin bir neçə həftə sonra hiss olunacağını açıqlayıb. Korporasiya əsas funksiyaları qeyd edərək fərdi kompüter və planşetlər, “Xbox” oyun qurğusu və “HoloLens” əlavə reallıq eynəyi üçün “FDS” interfeysini təqdim edib. Daha sonra isə yeniliyin “Universal Windows Platform” platforması sayəsində “Windows 10 Mobile” əməliyyat sistemində quraşdırılacağı məlum olub. Bu isə o deməkdir ki, “FDS” interfeysli universal əlavələr fərdi kompüterlərdə olduğu kimi, smartfonlarda da göstəriləcək.

“Google Play” mağazasında saxta əlavələrin sayı azalacaq

15 May 2017 19:27

Mayın əvvəlində “Google” hesab sahibləri nəticələri indiyədək hiss olunan kütləvi fişinq hücumuna məruz qaldıqdan sonra şirkət servislərin, o cümlədən “Google Play” əlavələr mağazasının fəaliyyəti ilə bağlı həyata keçirilən siyasətdə bir sıra dəyişikliklər edib. ABŞ şirkəti istifadəçiləri maksimum fişinq funksiyalı saxta məhsullardan qorumaq üçün eyniadlı saxta proqramların mövcudluğuna son qoymaq qərarına gəlib. Buna səbəb son fişinq hücumunda təhlükəsizlik sistemində əhəmiyyətli çatışmazlıq kimi qiymətləndirilən “Google” sözündən istifadə olub.

Təhlükəsizlik kamerası öz sahibini və ev heyvanlarını "tanıyır"

15 May 2017 19:21

“Android” mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubi tərəfindən maliyyələşdirilən “Lighthouse” startapının məhsulu olan təhlükəsizlik kamerası insan və ev heyvanlarının sifətini tanıya bilir. "3D görüntü" texnologiyası sayəsində qurğu evə kimin daxil olduğu və nə etdiyini müəyyənləşdirir.

Yeni akkumulyator 5 dəqiqə ərzində enerji ilə doldurulur

15 May 2017 19:16

“StoreDot” şirkəti tərəfindən hazırlanmış texnologiya bir neçə dəqiqə ərzində elektrik avtomobilinin akkumulyatorunun şarjını tamamilə doldurmağa imkan verir. Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir.

“Apple Watch” qol saatı və neyron şəbəkələri insult riskini 97% dəqiqliklə müəyyənləşdirəcək

15 May 2017 19:10

“Apple Watch” smart saatları neyron şəbəkələri ilə vəhdətdə ürək-damar sistemi xəstəliyinin simptomlarını 97% dəqiqliklə müəyyənləşdirmək qabiliyyətinə malikdir. Kaliforniya Universitetinin kardioloqları belə qənaətə gəliblər.

Arıqlamaq üçün bir də bu üsullardan istifadə edin

15 May 2017 19:05

Bir ay ərzində zəncəfillə darçını qarışdırıb çay dəmlədi bir ayda 5 kq artıq çəkidən azad oldu və qaraciyərində baş verən dəyişikliyə özü də inanmadı. 1. Zəncəfillə darçın qarışımından dəmlənmiş çay artıq çəkidən xilas olmağa yardım edir.

Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayrılıb

15 May 2017 19:02

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı-2017: İdman gimnastlarımızdan 2 medal

15 May 2017 19:02

Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb. Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb. Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal. Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.

İngiltərədə 22 yaşlı bloger 150 ölkəyə zərər vuran virusu dayandırdı

15 May 2017 19:00

İngiltərədə yaşayan 22 yaşlı bloger, həm də kiber təhlükəsizlik şirkətinin əməkdaşıdır. Təsadüf nəticəsində 150-dən çox ölkənin sistemlərini məhv edən virusun qarşısını alan gənc BBC-yə açıqlama verib. Sosial şəbəkələrdə və bloqunda "Malwaretech" adını istifadə edən gənc xüsusi kod vasitəsilə (İstifadəçilərin internet bağlantısını avtomatik olaraq əngəllədiyi bir xüsusiyyət) qısa müddətliyinə də olsa, virusun yayılmasının qarşısını alıb.

Qısqanclıq hissindәn necә qurtulmalı? - Sevgililərin nəzərinə

15 May 2017 18:55

Qısqanclıq – bizim üçün önәmli olan insanlar tәrәfindәn lazımi diqqәt, qayğı vә sevgi görmәdikdә yaranır. Sevdiyimiz şәxsin diqqәti, hörmәti vә sevgisi başqa obyektlәrә yönәldikdә biz bunu ağrı vә kәdәr hissi ilә qarşılayırıq. Qısqanclıq yalnız emosional әlaqә vә bağlılıq olan insanlar arasında baş verir. Hәmin әlaqәlәrin kәsilmәsi qorxusu qısqanclıq hissinin peydә olmasına sәbәb olur.