Yeni akkumulyator 5 dəqiqə ərzində enerji ilə doldurulur

“StoreDot” şirkəti tərəfindən hazırlanmış texnologiya bir neçə dəqiqə ərzində elektrik avtomobilinin akkumulyatorunun şarjını tamamilə doldurmağa imkan verir. Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir.

"StoreDot" şirkəti tərəfindən hazırlanmış texnologiya bir neçə dəqiqə ərzində elektrik avtomobilinin akkumulyatorunun şarjını tamamilə doldurmağa imkan verir. Şirkət tərəfindən patentləşdirilmiş həllər belə enerjidoldurma sürətini təmin edir. İndi "StoreDot" şirkəti kütləvi istehsala başlamaq üçün partnyor və investorlar axtarır. İstehsalçıların iddiasına görə, onların akkumulyatoru yalnız tez enerji toplamır, həm də başqa batareyalarla müqayisədə daha təhlükəsizdir. Şirkət nümayəndələrinin proqnozuna görə, yeni akkumulyatorlar artıq bir neçə il sonra satışa çıxarıla bilər, indi isə onları diqqətlə testdən keçirmək lazımdır. Yeni tip batareya ilə təchiz edilmiş smartfonların sınaqları artıq başa çatıb. "ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən xəbər verir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31