Xaçmazda YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.

Bu barədə İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, eləcə də Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək bildirib ki, qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunmasıdır. Prezident İlham Əliyev öz çıxışında ölkəmizin hərtərəfli inkişafını, xalqımızın rifah halının daha da yaxşılaşmasını və Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsini təmin edən uğurlu daxili və xarici siyasətin əsas istiqamətlərini diqqətə çatdırıb.

Elnur Rzayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin qurultaydakı nitqinin Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran strateji hədəfləri, dövlət siyasətinin əsas prioritetlərini və qarşıdakı dövrdə həyata keçirilməli olan mühüm vəzifələri özündə əks etdirdiyini diqqətə çatdırıb. Rayon rəhbəri xüsusilə gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərin qorunmasının, gənclərin təhsilinə və inkişafına diqqətin artırılmasının, dövlət siyasətinin prioritetlərinin ictimaiyyətə çatdırılmasının və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Müşavirədə Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, şəhid anası Bibixanım Mirzəmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Xaçmaz rayon komitəsinin sədri Yaşar Abasov, Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova və Abamüslüm Səlimov adına Xaçmaz şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi, müharibə veteranı Qəhrəman Qasımov çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji hədəflərə nail olmaq naminə öz fəaliyyət sahələrində görüləcək işlər barədə fikirlərini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31