Gündəm
Ərazilərimiz minaatanlardan atəşə tutulur
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Bakı-2017: Azərbaycan üzgüçüsü finala yüksəldi
Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib. Təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.
Bakı Şəhər Prokurorluğunda yeni təyinatlar
Bakı şəhər Prokurorluğunda yeni təyinatlar olub. Bakı şəhər Prokurorunun köməkçisi Günel Əkbərli vəFuad Tağıyev tutduqları vəzifədən azad edilib. G.Əkbərli Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə, F.Tağıyev isə Bakı Şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarına Nəzarət İdarəsinə prokuror təyin edilib.
Tez ölməmək üçün evlənin - Alimlər araşdırdı
Elm adamları evliliyin kişilər üçün maraqlı faydasını ortaya çıxarıb. ABŞ-da aparılan araşdırma evli kişilərin ölmə riskinin subaylara görə çox aşağı olduğunu göstərib. Subay kişilərin ölüm riski evlilərə görə 53, boşanmışlarda isə 76 faizdir.
Azərbaycanda diplomu tanınan universitetlərin adları açıqlandı
Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb. Siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb. Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.
Gələcəkdə bizi gözləyən fəlakətlərin siyahısı
Növbəti milyard il ərzində planetimizi və bəşəriyyəti gözləyən fəlakətlərin siyahısı hazırlanıb. Bu fəlakətlər sırasına yendən buz dövrünün başlaması, Niaqara şəlaləsinin yox olması, diametri 1 kilometr olan astroidin Yerlə toqquşması, super vulkanın püskürməsi kimi təbii fəlakətlər daxildir.
Tramp İŞİD-ə dair məxfi informasiyanı Lavrova açmaqda ittiham olunur
Bəzi KİV-lərin iddiasına görə, ABŞ prezidenti Donald Tramp son dərəcə məxfi informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bölüşüb. Ötən həftə Ağ Evdə keçirilmiş görüş zamanı açıqlanmış informasiyanın, İŞİD-ə dair bu məlumatı vermiş kəşfiyyat mənbəyinə təhlükə yaratdığı bildirilir.
Trabzonda terrorçularla qarşıdurma: yaralı var
Trabzonun Maçka mahalı Karaağaçlı kəndində səhər saatlarında bir terrorçu ilə silahlı qarşıdurmada 1 hərbiçi yüngül şəkildə yaralanıb. Trabzon valisi Yücel Yavuz mövzuyla əlaqədar etdiyi açıqlamada məlumatı təsdiq edib. O, bölgədə geniş miqyaslı əməliyyat başlandığını, mövzuyla bağlı açıqlama veriləcəyi bildirilib.













