Tarix Muzeyində “Qəhrəmanlar unudulmur”

Mayın 17 - də Tarixi Muzeyində Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı tədbir keçiriləcək.

Muzeydən "Olaylar" - a bildirlib ki, tədbirin təşkilatçısı Tarix Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi və Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasıdı.Tədbirdə   muzeyin direktoru, akademik Nailə Vəlixanlı, . Milli Qəhrəman Şahlar Şükürovun qardaşı Malik Şükürov çıxış edəcəklər. Həmçinin Milli Qəhrəmanı Şahlar Şükürovun "Qızıl Ulduz" medalı və şəxsi əşyalarının şəhidin bacısı Tahirə Şükürova tərəfindən Muzeyə təqdim edilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31