İdmançımız güllələndi

Türkiyənin Kastamonu şəhərində silahlı insident olub. Şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.

Xatırladaq ki,  Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31