Muzey təşəkkür edəcək

Mayın 18 - də Tarixi Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunan iki tədbir keçiriləcək.

Muzeydən "Olaylar" - a bildirlib ki, birinci tədbir, Beynəlxalq Muzeylər günü mövzusuna - "Muzeylər və mübahisəli tarixi məqamlar - Muzeylərdə deyilməyənlərin səslənməsi" uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylərə "1920-50- ci illərdə represiyyalar" adlı vahid bir mövzu əsasında Tarixi Muzeyində "Sonuncu ünvan..." adlı tədbir keçiriləcək. Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) Gənc Alim və Mütəxəssislər Şurası və Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil olunub

Növbəti tədbir isə "Muzey "Təşəkkür edir" " adlanır. Tədbirdə 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni, ictimai-siyasi tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə muzeyin təşəkkürnamələri təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31