Ermənistanda bələdiyyə seçkiləri öncəsi müxalifətçilər kütləvi şəkildə saxlanılır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Stepanavan şəhərində oktyabrın 25-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində müxalif "Güclü Ermənistan" partiyasının tərəfdarlarına qarşı kütləvi axtarışlar və saxlamalar həyata keçirilir. Partiya deputatı Andranik Qevorqyan hakimiyyətin bu addımlarını qanunsuzluq və siyasi təzyiq kimi qiymətləndirib.

Baş nazir Nikol Paşinyanın seçki pozuntuları ilə bağlı müraciətindən sonra siyasi motivlərlə işdən çıxarılan şəxslərin işdən çıxarılma səbəbləri yenidən araşdırılmağa başlanıb. Ekspertlər bu prosesi seçkiöncəsi kütləvi repressiyalara hazırlıq kimi səciyyələndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31