Bakı-2017: Azərbaycan üzgüçüsü finala yüksəldi
Azərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib. Təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.
16 May 2017 11:29 SosialAzərbaycan üzgüçüsü Fatimə Əlkərəmova Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında finala yüksəlib. Təsnifat mərhələsində F.Əlkərəmovanın göstəricisi 2:09.40 saniyə olub.
Finala, həmçinin Türkiyə, İndoneziya, İordaniya, Malayziya və Əlcəzair idmançıları vəsiqə qazanıblar. Öz növbəsində, İslamiadada artıq iki medal qazanan üzgüçümüz Maksim Şemberev 200 m məsafəyə batterflay üsulu ilə ilkin üzmə yarışında ən yaxşı nəticə göstərib. Daha bir təmsilçimiz Boris Kirillov isə 50 m arxa üstə üzmə yarışında yarımfinala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.