Gündəm

Bosforda Rusiya hərbi gəmilərinin keçidi üçün təhlükəsizlik gücləndirildi - Terrora görə

16 May 2017 12:18

İstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir.

Vüqar Səfərli: "Mənzillərin veriməsində Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq"

16 May 2017 12:15

"Obyektiv seçim olması üçün namizədlərin sayı artırılıb".  Bunu Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri, jurnalistlər üçün tikilmiş binada mənzillərin verilməsi üçün qayda və şərtləri müəyyənləşdirən Komissiyanın sədri Vüqar Səfərli deyib. O bildirib ki, keçən dəfə kütləvi informasiya vasitələrinə həmin KİV-ə veriləcək mənzillərin sayı qədər namizədlərin müəyyənləşdirilməsi səlahiyyəti verilib: "Bu dəfə isə obyektivlik üçün namizədlərin sayı artırılıb. Ancaq bu, o demək deyil ki, KİV-in namizədliyini irəli sürdüyü şəxslərin hamısına mənzil veriləcək. Prezident Administrasiyasıtərəfindən obyektiv seçim aparılacaq. Bizim Komissiyanın işi sadəcə, sənədləri toplayıb, Prezident Administrasiyasına təqlim etməkdir". 

Plastik kartlardan nağdlaşdırmanın dayandırılması qanuna ziddirmi?

16 May 2017 12:02

Banklar sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər.

"OSA" zenit-raket kompleksinin məhv edilməsi bir mesajdır

16 May 2017 11:53

"Ermənistana ötürülən və oradan da Dağlıq Qarabağa gətirilərək ön mövqeyə çıxarılan "OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşınının dəqiq raket zərbəsi ilə sıradan çıxarılması, ən azı 5 nəfərlik şəxsi heyətinin də məhv edilməsi xəbərdarlıqdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Politoloq: “Azərbaycan alması ermənilərin əsl niyyətini aşkarladı” 

16 May 2017 11:50

“Azərbaycan alması Ermənistanda prezident, baş nazir səviyyəsində ajiotaj yaradıb. Mətbuat bu məsələni aktiv şəkildə gündəlikdə saxlayır. Rəsmilər, ekspertlər və siyasi partiya liderləri bu məsələyə dəfələrlə münasibət bildirirlər. Azərbaycan almasının Ermənistanda mövcudluğundan qorxan ekspertlərin bəziləri ABŞ və Aİ ilə sıx əməkdaşlıq edənlərdir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Hülya Avşar yatağa girib, 1 milyon qazandı

16 May 2017 11:46

İllərdir səhnədə olan müğənni Hülya Avşar əvvəllər serial və filmlərlə pul qazanırdısa, indi reklamlara çəkilir. İfaçı yataq şirkətlərindən birinin reklam çarxına çəkilib. 70 nəfərlik işçi ilə ərsəyə gələn reklamdan Hülya 1 milyon lirə qazanıb. O, yataqda yoqa hərəkətləri edib.

ABŞ-da güclü zəlzələ oldu

16 May 2017 11:44

ABŞ-ın Aleut adaları sahillərində Sakit okean sularında 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Vahid Geofizika Xidmətinin yaydığı informasiyaya əsasən, yeraltı təkanların episentri Atka adlı yaşayış məntəqəsindən 52 km məsafədə qeydə alınıb. Episentrdə zəlzələ "güclü" qiymətləndirilib.

Azərbaycana Ermənistan məhsulları gətirilir? 

16 May 2017 11:42

Dövlət Gömrük Komitəsi Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Azərbaycanın gömrük sərhədindən keçirilməsi və ölkə ərazisində realizə edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rusiya ilə silah ticarəti müqaviləsinə yenidən baxılmalıdır

16 May 2017 11:38

Rusiya hakimiyyətinin birbaşa sifarişi ilə Ümumirusiya Azərbaycanlıları Konqrensinin ləğv edilməsi, rəsmi Kremlin Azərbaycana qarşı təzyiq siyasətidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Keçən ay 1547 əcnəbi tərəfindən ölkə qanunvericiliyi pozulub

16 May 2017 11:36

Aprel ayı ərzində 1547 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Şimal zonasında milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirilib

16 May 2017 11:35

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı layihə çərçivəsində ilk tədbirini Quba rayonunda keçirib.

Mübariz Qurbanlı cəbhə zonasında vətəndaşları qəbul edəcək

16 May 2017 11:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə gör, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 23-də Ağdam rayonu Quzanlı qəsəbəsində Ağcabədi, Tərtər və Ağdam rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağdam rayonu Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

İlahiyyatçıdan cəmiyyətə mesaj

16 May 2017 11:32

“Ölkəmizdə son günlər marketlərdə belə çaylar, üzərinə Bismilləh yazılan çaylar satılır. Belə çayları istifadə etdikdən sonra qutusunu zibilliyə atmayın”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, bu çox böyük bir günahdır: “Bəlkə də istehsal edən firmanın məqsədi yaxşıdır.